Cümə axşamı , Aprel 25 2024
azfa

Albanlarla xəzərlər eyni dildə danışırdılar

GADTB: Alban (qarqar-qıpçaq) dili ilə krımçak (xəzər) dili arasında, demək olar ki, elə də böyük bir fərq yoxdur. Bu da təbiidir. Çünki həm Mosiyey Xorenatsi, həm də Musa Kağankatlı alban dilinin əsasında duran qarqar dilini xəzərlərin, daha dəqiq desək, ağ xəzərlərin dili ilə eyniləşdirir. Fəqət mətnləri rus dilinə tərcümə edən ermənilər bu faktı gizlətmişlər. Mətnin orijinalı belədir:

“Steğis nşanqirs kokordaxos akxazur xjakan xetsbekazunin aynorik qarqartsvots lezun”

Hərfi tərcüməsi:

Steğts – yaratdı, düzəltdi

Nşanqirs – hərfləri

Kokordaxos – boğazda danışan

Akxazur – ağ xəzər

Xjakan – yabanı

Xetsbekazunin – pozuq

Aynorik – bənzər

Qarqartsiots – qarqarların

Lezuin – dili

Erməni saxtakarlığını ifşa edən Firudin Ağasıoğlu cümləni belə tərcümə etmişdir:

“Yabanı, pozuq ağ xəzər əlifbasını boğazda danışan qarqarların dilinə uyğunlaşdırdı”.

Alim belə fikrə gəlir ki, Mesrop Maştots qarqarlar üçün xəzər əlifbası əsasında əlifba yaratmışdır. Əlbəttə ki, onun bu fikri ilə razılaşmaq mümkün deyil. Əgər o gerçəkdən də haqlıdırsa, mətndəki “akxazur” termini gerçəkdən də etnonimdirsə və bu halda söhbət gerçəkdən də ağ xəzərlərdən gedirsə, o zaman deyilənləri belə şərh etmək lazımdır:

“(Mesrop) Ağ Xəzərlərin boğaz səsləri ilə zəngin, yabanı və pozuq dilinə bənzər qarqar dili üçün həflər yaratdı”.

Yəni, Mesrop Maştots ağ xəzər dilinə bənzər qarqar dili üçün yeni əlifba yox, bəzi hərflər düzəltdi. Çünki ermənilər üçün düzəltdiyi əlifba qarqar dilinin bəzi səslərini ifadə etmək iqtidarında deyildi. Bizcə, hər şey Firudin Ağasıoğlunun söylədiyinin əksinə baş vermişdir. Albanlar əski əlifbalarından – arami mənşəli xəzər əlifbasından imtina edərək, Maştotsun yeni əlifbasını qəbul etdilər.

Xəzər əlifbası ilə yazılmış, Musa Kağankatlının dili ilə desək, “bütpərəst və cadugərlərin” kitablarını oda verdilər. Buna yeni dinin – xristianlığın qəbul edilməsi səbəb oldu.

Hər halda, Mxitar Qoşun dövrümüzədək alban dilində çatmış kitabı, eləcə də yuxarıda təqdim etdiyimiz alban dilində dua məhz ikinci nəticənin doğruluğunu sübut edir.

Məlumat üçün bildirək ki, “alban” adı təkcə konkret bir soy və ya boyun deyil, eyni zamanda, albanlar ölkəsində yaşayan bütün türk və qeyri-türk etnosların ümumiləşdirici adı olmuş və etnonimə çevrilməmişdən öncə sosial institutu ifadə etmişdir. Məsələ bu rasındadır ki, əski türk dilində “alban” kəlməsi “hərbi mükəlləfiyyətli” anlamına gəlir. Bu fakt V. Radlovun “Qədim türk lüğəti”ndə də təsbit edilmişdir, fəqət bu sözün türk dilinə guya monqol dilindən keçdiyi barədə əsassız bir fikir söylənmişdir. Fikrimizcə, Albaniyanın əhalisi Xəzər xaqanlığının, ondan öncə isə Hun xaqanlığnın, başqa sözlə, Türküstanın (Turanın) tərkib hissəsi olmuş, Turan xaqanına tabe olmuş və lazım gəldiyində xaqanı atlı və piyada döyüşçülərlə təmin etməyə mükəlləf olmuşdur. Hər halda, “Kitabi – Dədə Qorqud”da “albanlar başı” adlandırılan Qazan xanın, eləcə də xanlar xanı Bayandır xanın “Türküstanın dirəyi” kimi təqdim edildiyi danılmaz faktdır.

Çox güman ki, Albaniya xristianlığın qəbulundan sonra Turandan (Türküstandan) qopmuş, buna qədər isə həmişə Türküstanın ayrılmaz hissəsi olmuşdur. Hər halda, uzun müddət, daha dəqiq desək, V əsrə qədər (albanlar xristianlığı V əsrdə qəbul etmişlər)

Albaniyanın paytaxtı olmuş Qəbələ şəhərinin ərəb mənbələrində “Xəzər” adlandırıldığı da bir gerçəklikdir. Eyni zamanda, xəzərlərin bu günə qədər harada yerləşmiş olduğu məlum olmayan paytaxtlarının Xanbalıq şəhəri olduğu məlumdur. Qəbələ şəhərinin adı isə antik mənbələrdə “Kabalaka” kimi çəkilir. “Kabalaka”nın Xanbalıq adının təhrifedilmiş forması olduğu göz qabağındadr. Xatırladaq ki, Mahmud Kaşğarlının xəritəsində bütün Qafqaz, o cümlədən bugünkü Azərbaycan Respublikasının, Gürcüstanın və Ermənistanın ərazisi Dərbənd – Xəzəran, yəni xəzərlər ölkəsi kimi qeyd edilmişdir. Azərbaycan isə ondan cənubda göstərilmişdir.

Albanların xəzərlərdən və Turan – Türküstan mühitindən qopmasının bir səbəbi yeni din – xristianlıq idisə, digər səbəbi də iki əsr sonra türk əsilli Arsaklar sülaləsinin əvəzinə fars (tat) mənşəli Mehranilərin hakimiyyət başına gəlməsi olmuşdur. Təsadüfi deyil ki, Musa Kağankatlı özünün “Alban tarixi”ndə xəzərlərdən və yer – yer “Şimal” adlandırdığı Türküstandan sevməzliklə söz açır, erməniləri həmişə xoş sözlərlə yad edir, Albaniyanın fars (tat) mənşəli məliyi Cavanşiri öyməkdən isə doymur.

Tanınmış alban tarixçisi Musa Kağankatlı özünün “Alban tarixi” kitabının Albaniyanın, yəni Azəbaycanın ilk şahlarını sırala yarkən birinci yerdə Nuh oğlu Yafəsin, ikinci yerdə onun oğlu,

kimmerlərin soy babası Qamərin, dördüncü yerdə isə onun oğlu Toqarmanın adını çəkmişdir. Musəvilik dinini qəbul etmiş xəzər xaqanı İosif ona xəzər türklərinin mənşəyi barədə verilən sualın cavabında bildirmişdi ki,

xəzərlər Toqarmanın 10 oğlundan biri olmuş Xəzərikin nəslindəndirlər. Maraqlıdır ki, xaqan İosif Toqarmanın, yəni Həzrət Nuhun nəvəsi və Azərbaycanın 4-cü şahının digər oğullarının da adını cəkmişdir. Bu oğulların da hər biri özünün adı ilə adlandırılan bir türk xalqının soy babası olmuşdur. Mövzu ilə bağlı Firudin Ağasıoğlu deyir:

“Xaqan İosif yazdığı məktubda xəzərlərə yaxın qohum olan 10 soyun adını çəkir. Həmin soylar bunlardır: Uyğur, Turis, Avar, Oğuz, Bizal, Trna, Xəzər, Yanur, Bulqar və Savir.”

Xəzər xaqanının çəkdiyi türk soy adlarından subarların adına erkən mixi yazılarda, yəni eradan əvvəl III – II minilliklərə aid mətnlərdə rast gəlirik. Əslində İosifin məktubunda bu soyun adı “savir” şəklindədir. Fəqət sözügedən soyun adına müxtəlif mənbələrdə “savir”, “sabir”, “sibir”, “suvar”, “subar ” şəklində rast gəlinir.

Eradan əvvəl III minilliyə aid mətnlərdə “subir” forması işlənməkdədir. Bu türk xalqı adını Azərbaycan toponimikasında suvar şəklində əbədiləşdirmişdir. Söhbət “Biləsuvar” toponimindən gedir.

Firidun Ağasıoğlunun yazdığına görə, mixi yazılardan belə aydın olur ki, subarlar İkiçayarsının şimlında yaşayırdılar və şumerlərin qonşusu olmuşlar. Şumerlər İkiçayarasının cənubuna Subar ölkəsinin ərazisindən keçərək gəlmişdilər.

Azərbaycan xalqının etnogenezində yaxından iştirak etmiş türk soy və boylarından biri də bulqarlardır. Azərbaycanın 4-cü şahı Toqarmanın 10 oğlundan birinin-Bulqarın nəsli olan bulqarların adı “Kitabi-Dədə Qorqud”da da çəkilməkdədir.

Şərqşünas alim Süleyman Əliyarov yazır:

“Dədəm Qorqud” kitabının VII boyunda etnogenez baxımından belə bir tutarlı yazıya rast gəlirik: “Altı başı balqar bir ər gördüm. Ol ərə bağdum. Dayım Əmən imiş.”

Bu parçanı Ergin və Gökyay “alnı başı balkır bir ər gördüm” kimi yazmışlar. Bartold isə rus dilinə “muja s blestyaşim çelom i qolovoy” kimi çevirmişdir. Yalnız Bakı çaplarını hazırlayan Həmid Araslı parçanı “balqar bir ər” oxumuş, ancaq bu “balqarın” kimliyi və nə demək olması barədə bir söz söyləmədən keçinmişdir.

VII boyda “altı başı balqar bir ər” dedikdə, Azərbaycan xalqının yaranmasında iştirak edən bulqarların adı bir eponim kimi çəkilir.

Bu bulqarlar sonrakı Volqaboyu bulqarları deyil, qədim bir etnosdur, onları protobulqar, yəni ilk bulqar adlandırmaq daha düzgün olar. Onların adını ilkin olaraq IV əsrin Suriya tarixçisi Mir Abas Katina çəkmişdir. Onun yazısı gəlib bizə çatmasa da, Moisey Xorenatsinin “Ermənistan tarixi”ndə qalmışdır. Burada

deyildiyinə görə, Yuxarı Ormansız-Basean deyilən yerdə “sonralar Bexendur Bulqar Vəndin köçürüb gətirdiyi ailələr yerləşmiş, onun adı ilə bağlı olaraq onlar Vənəd adlanmışdı.””

Bəxtiyar Tuncay.

Həmçinin yoxlayın

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə Türkiyənin Çanaqqalada qələbəsi ilə bağlı Atatürkün abidəsinə gül çələngi qoydular-Şəkil

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bu gün Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) …