Bazar ertəsi , İyul 13 2026
azfa

Almaniyanın “Siemens” şirkəti İran adlanan ölkəni tərk etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın sanksiyalarına görə Almaniyanın məşhur “Siemens” şirkəti İran adlanan ölkə ilə  əməkdaşlığını dayandırıb.

“Euronews” telekanalının avqustun 24-də  yaydığı məlumata görə şirkətin baş icraçı direktoru Co Kayzer bu barədə açıqlama verib.

Co Kayzer bildirib ki, Amerikanın İrana qarşı tətbiqinə başladığı sanksiyaları nəzərə alaraq, o İranla əməkdaşlıqlarına son qoymaq qərarına gəlib: “Şirkətimiz çalışır ki, Amerikanın tətbiq etdiyi sanksiyalarla bağlı İrana əmtəə ixracatına qoyulan bütün məhdudiyyətlərə riayət etsin. Məhz buna görə də, biz İranla əməkdaşlığımızı dayandırmağa qərar verdik”.

Həmçinin yoxlayın

Təbrizin Başmaqçı bazarında yanğın baş verib

GADTB: İyulun 13-də Təbrizin Başmaqçı bazarında yerləşən mağazalardan birində elektrik generatorunun alışması nəticəsində yanğın baş …

“New York Times”: Əhmədinejad İsrailin onu hakimiyyətə gətirməsi üçün “Mossad” rəhbəri ilə görüşüb

GADTB: İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb. …

Bir cavab yazın