Bazar ertəsi , İyun 17 2024
azfa

Amerika Əli Xameneini nüvə anlaşmasına razı salmaq üçün daha çox imtiyazlar verməyi qəbul etməyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ağ Evin Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Bret Mak Qorq 3  amerikalı mənbəyə istinadən İranla yaxın gələcəkdə nüvə sazişinin imzalanmasının gözlənilmədiyini bildirib. Onun fikrincə, İran hələlik belə bir qərar vermək iqtidarında deyil.

“Axios” saytının iyulun 27-də yaydığı xəbərdə, habelə vurğulanıb ki, İran tərəfi ölkənin ali lideri Əli Xameneini anlaşmaya razı salmaq üçün Amerikadan daha çox imtiyazlar tələb etsə də, rəsmi Vaşinqton bunu qəbul etməyib.

Mak Qorqun sözlərinə görə, Bayden hökuməti İslam Respublikasına qarşı sanksiyalar və siyasi təcrid rıçaqlarından istifadəyə davam etmək niyyətindədir. Məlumata əsasən, güc tətbiq etmək və hərbi variantlara əl atmaq Bayden administrasiyası tərəfindən yalnız son çarə kimi istifadə ediləcək.

Həmçinin yoxlayın

İrəvandan Kərki kəndini qaytaracağı ilə bağlı işarə

Hökumət “artsax” sakinlərinin (Qarabağı tərk etmiş ermənilər – red.) ev tikməsi və ya alması üçün …

Molla rejimi türkcə kitab nəşrinə icazə verməyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin İrşad və Mədəniyyət Nazirliyi Azərbaycan …