Cümə axşamı , Noyabr 13 2025
azfa

Amerika beyin mərkəzi: Tətik çəkildi, amma İrana güllə dəymədi!

GADTB: Bu günlərdə Birləşmiş Hərtərəfli  Fəaliyyət Planına (JCPOA) üzv olan 🇪🇺 Avropa ölkələri “snapback” adlı mexanizmi işə salıblar.

Amerikanın “The Atlantic Council” analitik mərkəzinin fikrincə, bu qərar İrana iqtisadi təsirdən daha çox siyasi və simvolik nəticələrə malikdir və daha çox Qərbin Tehranla münasibətlərində diplomatik baxımdan çıxılmaz vəziyyətdə olduğunu göstərir.

Bu təhlilə əsasən, İran iqtisadiyyatı illərdir ABŞ-nin sərt sanksiyaları altında işləyir və Qərbin istədiyi maliyyə və ticarət məhdudiyyətlərinin böyük bir hissəsi artıq tətbiq edilib.

Analitik mərkəz belə qənaətə gəlir ki, Avropanın tətik mexanizmini aktivləşdirməklə bağlı hərəkəti nə İrana qarşı effektiv çəkindirməyə gətirib çıxaracaq, nə də beynəlxalq təhlükəsizliyi gücləndirəcək, sadəcə olaraq Qərbin İranla bağlı siyasətində çıxılmaz vəziyyətə düşdüyünün və diplomatiya üçün son çıxış yollarının zəiflədiyinin göstəricisidir./ Azad İran

Həmçinin yoxlayın

“Traxtur” 2025-ci ilin İranın adlanan ərazidə ən yaxşı futbol komandası seçildi!

GADTB: Futbol Tarixi və Statistikaları üzrə Beynəlxalq Federasiya (IFFHS) 2025-ci il üçün dünyanın ən güclü …

Tikantəpənin Zərəşuran qızıl mədəninin işçiləri etiraz aksiyası keçiriblər

GADTB: Bu gün Tikantəpə (Təkab) şəhərində yerləşən Zərəşuran qızıl mədəninin bir qrup işçisi müəssisənin inzibati …