Bazar ertəsi , İyun 23 2025
azfa

Amerika İrana bağlı 7 şirkət və 5 şəxsə sanksiya tətbiq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika İranın raket proqramı ilə bağlı 7 şirkət və 5 fiziki şəxsə sanksiya tətbiq edib.

ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda bununla bağlı məlumat verilib.

“7 İran və Çin şirkəti Müdafiə Nazirliyinin planlarına yardım etdiyinə və İran Silahlı Qüvvələrinə raket və pilotsuz uçan aparatların istehsalına dəstək verdiyinə görə ABŞ Maliyyə Nazirliyinin sanksiyalar siyahısına daxil edildi”,- bəyanatda bildirilib.

Sanksiya tətbiq edilən 5 fiziki şəxsin də adının qeyd olunduğu bəyanatda, İranın ballistik raketlər və pilotsuz uçuş aparatları yaratmaq planlarının bölgədə və dünyada dinc sakinlərin həyatını təhlükəyə atdığı deyilib.

“Amerika bu ölümcül silahların istehsalında İrana kömək edənləri öz əməllərinin əvəzini ödəməyə məcbur edəcək”,- Maliyyə Nazirliyi vurğulayıb.

Həmçinin yoxlayın

Təbrizdə Sepah-ın silah anbarları və bazaları vuruldu-Video

GADTB: Bu gün səhər saatlarında Təbrizin bie neçə bölgəsində Sepah-ın silah anbarları və bazaları vurulub. …

Xameneinin öldürülməkdən qorxaraq bütün elekteron əlaqələrini kəsdi

GADTB: Öldürülməkdən qorxan Xamenei gizlənərək bütün elekteron əlaqələrini kəsib. Bunkerdə gizlənən Əli Xamenei öldürülmək təhlükəsindən …