Cümə , Sentyabr 18 2026
azfa

Amerika İranın terror təşkilatı- Sepah və Husilərlə bağlı yeni sanksiyalar tətbiq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika İranın terror təşkilatı- Sepah-a və İranın yetişdirib maliyyələşdirdirdiyi Husi terrorçuları ilə bağlı yeni sanksiyalar tətbiq etib.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi verdiyi açıqlamada 26 şirkət, fiziki şəxs və gəmini sanksiya siyahısına daxil etdiyini açıqlayıb. 

Bu açıqlamaya görə, sanksiya tətbiq edilən real və hüquqi şəxslərin hamısı Suriyanın “Əl-Qaterji” adlı çoxşaxəli şirkətlə əlaqəli olub.

Vaşinqton bildirib ki, sözügedən şirkət İran neftini Suriya və Çinə satmaqla Sepah-ın Qüds Qanadı və Yəmənin Ənsarullah hərəkatına (Husilər) yüz milyonlarla dollar gəlir qazandırıb.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …