Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Amerika İranın yeraltı hərbi təsisatını dağıtmaq gücünə sahib yeni bombanın sınaqlarını keçirir

GADTB-nin Mətbuat Mərkəzinin “Azadİran”a istinadən yaydığı məlumata görə, Amerika İran və Şimali Koreyanın yeraltı nizami təsisatını məhv etmək üçün yeni nisbətən kiçik, amma öncəki variantdan daha güclü dağıdıcı qüvvəyə malik bombanın sınaqlarını keçirir.

Hədəflərin daxilinə nüfuz edə bilən GBU-71 adlı bu bomba bir neçə gün öncə F-15 təyyarəsi vasitəsilə Floridada yerləşən Eglin hava bazasında sınaqdan keçirilib.

Hazırlanması 2017-ci ildən başlanmış bombanın bu sinifdən olan digər bombalarla müqayisədə daha dağıdıcı olduğu bildirilir.

Yeni bombanın sınağı Tel-Əvivlə Vaşinqton arasında İranla bağlı “alternativ plan”ın müzakirəsi ilə bağlı danışıqlarla bir vaxtda keçirilir.

Həmçinin yoxlayın

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

İrqçi fars rejimin Xəzərin türk adını dəyişmək üçün yeni cəhdi

GADTB: İran İslam Respublikasının Mədəni İrs, Turizm və Sənətkarlıq naziri Seyid Rza Salehi-Əmiri “Xəzər” adının …