Çərşənbə axşamı , İyul 8 2025
azfa

Amerika mətbutı azərbaycanlı siyasi məhbuslara azadlıq tələb etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərk Azərbaycan İnsan Haqları Cəmiyyəti (Ərk) bildirib ki, Amerika mətbuatı Güney Azərbaycandan olan siyasi məhbuslara azadlıq tələb edib.

Amerikanın Masaçuset əyalətində nəşr olunan “Greenfild  Ricorder” qəzeti dünya ictimaiyyətinin diqqətini İranın həbs etdiyi azərbaycanlı siyasi məhbusların sağlıq durumuna yönəltmək istəyib.

Qəzet beynəlxalq təşkilatlara çağırış edərək onların İran rejiminə siyasi məhbusların müalicəsi ilə bağlı xəbərdarlıq etmələrini tələb edib.

Qəzet rejimin Tehran və Ərdəbildə yerləşəm zindanlarında həbsdə saxlanılan xüsusilə iki azərbaycanlı siyasi məhbus Abbas Lisani və Əlirza Fərşinin adı çəkilib.

Qəzet yazır ki, Abbas Lisaninin şair və insan haqları müdafiəçisidir. O ana dilində təhsil tələb etdiyi üçün 15 il həbs cəzasına məhkum edilib və 2020-ci ilin dekabr ayında da həbsdə koronavirusa yoluxub.

Qəzet həmçinin yazır ki, Əlirza Fərşinin ana dili fəalıdır və ədalətsizcəsinə saxlanılaraq, döyülüb. O iki il müddətinə həbsə məhkum edilib.

Həmçinin yoxlayın

İsrailin İrana hücumunda ölənlərin sayı 1060-ı keçdi

GADTB: İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1060 nəfərə çatıb. Bu barədə İranın …

Washington Post: “Evin zindanından İsrailə qarşı kəşfiyyat əməliyyatları üçün istifadə edilirdi”

GADTB: Amerika mənbələri, o cümlədən Washington Post qəzeti Tehrandakı Evin həbsxanasının İslam Respublikasının İsrailə qarşı …