Cümə axşamı , Oktyabr 10 2024
azfa

Amerika və İsrailin milli təhlükəsizlik müşavirləri İranın dağıdıcı siyasətini müzakirə ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika və İsrailin milli təhlükəsizlik müşavirləri İranla nüvə danışıqları məsələsini müzakirə etmək üçün bir araya gəliblər. Bu barədə Ağ Evin yaydığı bəyanatda məlumat verilib.

Cek Sallivan israilli həmkarı Eyal Hulata ilə görüşü zamanı Vaşinqtonun İranla bağlı Tel-Əvivə verdiyi vədləri bir daha dilə gətirib.

Bəyanatda bildirildiyinə görə, Sallivan və Hulata fevralın 9-da ikitərəfli və regional məsələləri hərtərəfli müzakirə etmək üçün Ağ Evdə görüşüblər.

Müşavirlər İran və regionda ona bağlı qüvvələrdən gələn bölgəsəl təhdidlər və Yaxın Şərqin təhlükəsizliyi məsələlərindən əlavə, İranla nüvə danışıqları prosesini də müzakirə ediblər.

Həmçinin yoxlayın

Molla rejimi qüvvələrini geri çəkir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran İsrailin mümkün hücumlarından ehtiyat edərək Suriya və …

Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Haaqa Daimi Arbitaj Məhkəməsinə Ermənistana qarşı 2 …