Bazar , Dekabr 22 2024
azfa

Amnesty İnternational İranın etirazlarda ən azı 143 nəfəri qətlə yetirdiyini açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amnesty İnternational (Beynəlxalq Əfv Təşkilatı) noyabrın 25-də İranın etirazlarda ən azı 143 nəfəri qətlə yetirdiyini açıqlayıb.

Amnesty İnternational bundan əvvəl isə İrandakı etirazlarda hökumət qüvvələrinin birbaşa atəşi nəticəsində ölənlərin sayının 106 nəfər olduğunu müəyyənləşdirmişdi. Amnesty İnternationalın yenilənən məlumata görə, “İrandakı son etirazlarda ən azı 143 nəfər qətlə yetirilib. Belə ki, Əlbürz əyalətində 9 nəfər, Şərqi Azərbaycanda 1, İsfahanda 7, Fars əyalətində 15, Kirmanda 1, Kirmanşahda 34, Xuzistanda 40, Kürdüstanda 12, Tehranda 20, Qərbi Aərbaycan əyalətində isə 4 nəfər rejim qüvvələri tərəfindən öldürüldüyü açıqlanıb.

Etirazlardan çəkilmiş videolarda açıq şəkildə görünür ki, İran İslam Respublikasının təhlükəsizlik qüvvələri əliyalın etirazçıları qəsdən yaxın məsafədən hədəfə alıb, onlara odlu silahlardan atəş açırlar. Həmçinin etirazlarda ölənlərin ailə üzvlərinin və İrandakı jurnalistlər və hüquq müdafiəçilərinin bildirdiyinə görə, etirazlarda rejim qüvvələri tərəfindən qətlə yetirilənlərin cənazələri əksər hallarda valideynlərinə təhvil verilmir, bəzi hallarda isə valideynlər cənazələri təhvil almaq üçün övladlarına vurulmuş güllə pulunu hökumətə ödəmək məcburiyyətində qalırlar.

Bundan başqa, həm də bildirilir ki, hökumət qüvvələri xəstəxanalarda yatan yaralı etirazçıların müalicə almasına mane olur, tibb mərkəzlərinə gələrək həmin şəxsləri yaralı vəziyyətdə tutub naməlum istiqamətə aparırlar”.

Həmçinin yoxlayın

Pezeşkian dəyərsizləşmiş rialı dəyişir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkian İranda puldan 4 sıfırın silinməsi və rialın …

Zülmə məruz qalan Qaşqay türkləri Güney Azərbaycandan dəstək istədilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türkləri geyim və mədəniyyətlərinə qarşı tətbiq edilən …

Bir cavab yazın