GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, ana dilinə göörə molla rejimin həbs etdiyi və Tehranda Evin zindanında məhkumluq həyatı yaşan azərbaycanlı milli fəal Əsğər Fərəci səhhətində yaranmış ciddi problemlərə baxmayaraq tibbi xidmətlərdən məhrum edilib.
Azərbaycanlı vicdan məhbusunun ailəsinə yaxın mənbə bu xəbəri təsdiqləyərək bildirib: “Əsğər Fərəci kəskin bel ağrılarından əziyyət çəkir və o, tibbi məzuniyyətə buraxılmalıdır. Ailəsinin müraciətlərinə baxmayaraq, molla rejimin aidiyyəti orqanları azərbaycanlı fəala məzuniyyət verməkdən imtina edirlər”.