GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu kürd terror təşkilatları ilə bağlı deyib ki, Menbiçdən terrorçuların təmizlənməsi kifayət deyil.
“Terrorçuların təkcə Menbiçdən deyil, Fəratın şərqindən də təmizlənməsi lazımdır. ABŞ-ın öhdəliyi bu terrorçuları təmizləməkdir. ABŞ terrorçulara çox böyük dəstək verdi. Pompeo ilə ikitərəfli problemlər barədə danışacağıq. Menbiç barədə ABŞ-da hər hansı bir axsama hiss etsək, əvvəlki vəziyyətə qayıdarıq. Ya siz təmizləyin, ya da biz təmizləyərik”, – Çavuşoğlu bildirib.