GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Antalya şəhərində Güney Azərbaycandan olan fəalların da iştirakı ilə Azərbaycana dəstək aksiyası keçirilib.
Türkiyədə təhsil alan azərbaycanlı öyrəncilər və türkçü fəallar aksiyada iştirak ediblər. Aksiyada Kərkük və Bayırbucaqdan olan fəallar da iştirak edib.
Aksiya iştirakçıları iyulun 12-dən etibarən Tovuzda ermənilərin hücumu nəticəsində şəhid olan əsgərlərimizin xatirəsi yad edilib. İştirakçılar “Qarabağ bizimdir, bizim olacaq!” və başqa şüarlar səsləndirərək, Azərbaycana dəstək olublar.
Aksiya həm Türkiyə, həm də Azərbaycan şəhid olan əsgərlərin adlarının tək-tək oxunması ilə sona çatıb.