Şənbə , İyun 22 2024
azfa

Apellyasiya Məhkəməsi azərbaycanlı müəllim Kərim Bostançının həbsi barədə hökmü təsdiqləyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi azərbaycanlı müəllim Kərim Bostançının həbsi barədə hökmü təsdiqləyib.

O məhkəmənin hökmü ilə İran İslam Respublikası əleyhinə təbliğat aparmaqda və dini hadisələrlə bağlı materialların dərci ilə yalan məlumat yaymaqda ittiham olunaraq 3 ay həbs cəzasına məhkum edilib.

Apellyasiya Məhkəməsi cənab Bostançıya əvvəlki həbs-qətimkan tədbiri də daxil olmaqla, yüz əlli milyon rial cərimə ödəməyə, mobil telefonunu hökumətin xeyrinə müsadirə etməyə və İnstaqram səhifəsini silməyə 3 ay həbs cəzası verib.

Bundan əvvəl Qərbi Azərbaycan vilayətinin İnzibati Xətalar Şurası müəllimlər həmkarlar ittifaqını dəstəklədiyinə və şəxsi İnstaqram səhifəsində yazı dərc etdiyinə və dövlət məmurlarını tənqid etdiyinə görə cənab Bostançının iş stajını bir dərəcə aşağı salıb və onu təqaüdə çıxmağa məcbur edib.

Qeyd edək ki, Kərim Bostançı 27 illik təhsil təcrübəsi olan Urmiyanın 2 saylı bölgəsində orta məktəblərində ingilis dili müəllimi işləyib.

Həmçinin yoxlayın

Sayın Mikayil Oyta Viktoriya Assambleyasının sədri Maree Edvards-a Azərbaycanla parlament dostluq qrupunun ləğvi ilə bağlı məktub ünvanlayıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr …

İran uranın zənginləşdirilməsini qat-qat artırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran hökuməti ölkənin ən məxfi nüvə obyektlərindən biri …