Cümə axşamı , İyul 25 2024
azfa

Arsenal komandasının əfsanəvi futbolçusu Traxtura tərif yağdırdı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Arsenal futbol klubunun əfsanəvi oyunçusu Toni Adams Təbrizin Traxtur klubuna tərif yağdırdı.

Məşhurf futbolçu İran televiziyasının 3-cü kanalından yayınlanan “Avro 2020” proqramının canlı yayımına qoşularaq Traxtur futbol klubu,  tərəfdarları və onun rəhbərliyi haqqında xoş sözlər danışıb.

Əfsanəvi oyunçu Traxtur barədə reallıqları deməsi və komandanın ünvanına xoş sözlər deməsi irqçi farslar, eləcə də aparıcıların qısqanclığı ilə qarşılaşıb.

Proqramın əvvəlində Toni Adamsa “İranda sizin və Arsenalın tərəfdarları çoxdur” deyən aparıcının danışıq tərzi dəyişib.

Aparıcının “cənab Adams, İran futbolu haqqında tanışlığınızdan danışmaq istəyirsinizsə buyurun” təklifindən sonra Toni Adams deyib: “əlbəttə, mən 6 il Azərbaycanda olmuşam və Traxtur komandasını tanıyıram”.

Əfsanəvi oyunçu həmçinin deyib: “Mənim orada çox dostlarım var, Traxtur klubunun başçısı və onun yaxınları ilə dostam. Onların futbola olan marağı və həyəcanı inanılmazdır. Onlar mənim tanıdığım ən çılğın və yorulmaz azarkeşlərdirlər”.

Toni Adamsın bu sözlərindən sonra aparıcı tərcüməçi tərəfindən onun bütün dediklərinin tərcümə olunmasına imkan verməyib və canlı bağlantını dərhal sona çatdırıb.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fıalı mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hazırda Tehranın Evin zindanında həbsdə saxlanılan milli fəal …

İran Ermənistanla 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Ermənistanla bu təcavüzkar ölkəni silahlandırmaq üçün 500 …