Şənbə , İyul 11 2026
azfa

Assoşieyted Press: Çin uyğur türklərinin qadınlarını qısırlaşdırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çin hakimiyyəti ölkə ərazində müsəlman əhalinin sayını azaltmaq üçün uyğur türklərinin qadınlarını sterilizasiyaya və kontraseptivlərdən istifadəyə məcbur edir.

 “Assoşieyted Press” yazır ki, rəsmi Pekin müsəlman əhalinin artımını genetik səviyyədə məhdudlaşdırmağı hədəfləyir.

Belə ki, üç və daha artıq uşağı olan uyğurlar cərimə ödəmək iqtidarında deyilsə, uşaqlar ailələrdən zorla alınır. Polis gizlədilmiş uşaqları tapmaq üçün evlərdə axtarışlar aparır.

Uyğur fəalları gənc yaşda qızlar və qadınların kütləvi toplama kamplarında iynə və dərmanlarla kütləvi şəkildə qısırlaşdırıldığını bildirirlər. Bu şəkildə qısırlaşdırma isə bir millətin kütləvi soyqırımı və kökünü kəsmək anlamına gəlir.

Həmçinin yoxlayın

ABŞ-ın maliyyə naziri: Xamenei şəbəkəsinin aktivlərini İran xalq üçün qoruyacağıq

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent Müctəba Xamenei ilə əlaqəli maliyyə şəbəkəsi və iş adamı …

İranda bu il minlərlə qadın saxlanılıb

GADTB: İranda insan haqları təşkilatı – HENGAW verib ki, 2026-cı ilin ilk yarısında İranda 5 …

Bir cavab yazın