Cümə , Dekabr 3 2021
azfa

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın bir aya atom silahı hazrlamaq üçün lazım olan uranı əldə edəcəyini deyir

Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutunun hesabatında bildirilir ki, İranın son aylar ərzində istehsal etdiyi yanacaq miqdarı ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatlarını incələdikdə bu ölkənin bir ay sonra atom silahı hazırlaya biləcəyi məlum olur.

Hesabatda həmçinin bildirilir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatları İranın yay ayları ərzində gərgin səylər nəticəsində 60% zənginləşdirilmiş uran ehtiyatı yaratdığını göstərir. Bu üzdən hazırda İran rejiminə 1 atom başlığı üçün lazım olan yanacaq miqdarı əldə etməsinə təxminən 1 ay vaxt lazımdır.

Qeyd edilir ki, İran gələn 3 ay ərzində bir atom bombası, sonrakı 5 ayda isə 3-cü atom silahını hazırlamaq üçün lazım olan yanacağı istehsal edə bilər.

Qeyd edək ki, hazirda Baydenin iradəsizliyindən istifadə edən İran rejimi nüvə anlaşmasına qayıtmağı da gecikdir. İranın məqsədi yalnız bu fürsətdən istifadə edib nüvə silahı istesal etməkdir.

Həmçinin yoxlayın

Türkiyə sanksiyaya görə idxal edə bilmədiyi dəniz tolarını özü istehsal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə mühəndislərin son bir ildir üzərində çalışdığı milli …

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən …