Cümə axşamı , Noyabr 12 2026
azfa

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişləri Ermənistan vasitəsilə İranı tərk ediblər

GADTB: “The Wall Street Journal” xəbər verir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) müfəttişlərini təhlükəsizlik səbəblərindən İrandan geri çağırıb.

Məlumata görə, AEBA-nın müfəttişləri Ermənistanın quru sərhədindən keçərək İranı tərk ediblər.

 “Təftiş qrupu bu gün İranı sağ-salamat tərk edib və Vyanadakı (Avstriya) qərargahına qayıdır”, – qurum qeyd edib.

Bildirilib ki, İran parlamentinin təsdiqi ilə AEBA ilə əməkdaşlıq dayandırılıb. Agentliyin baş direktoru Rafael Qrossi İranda yoxlama fəaliyyətlərini mümkün qədər tez bərpa etmək üçün çağırış edib.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian iyulun 2-də Tehranla AEBA arasında əməkdaşlığı dayandıran qanunu imzalayıb. Sənəd prezident tərəfindən imzalandığı andan qanun qüvvəyə minmiş hesab olunur və icrası məcburidir. Beynəlxalq qurumla Tehran arasında gərginlik İsrail və İran arasında 12 davam edən müharibədən sonra yaranıb. İran hakimiyyəti AEBA-nı müharibə zamanı qeyri-obyektiv mövqe sərgiləməkdə ittiham edib.

Həmçinin yoxlayın

Traxtur klubunun İdarə Heyətinin sözçüsü klubun və azarkeşlərin hüquqlarını müdafiə etdiyinə görə 2 milyard tümən cərimələnib!

GADTB: Azərbaycanın Traxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad klubun və Traxtur azarkeşlərinin hüquqlarını müdafiə …

Akkuyu AES-in ilk enerji blokunun fiziki işə salınmasına az qalıb

GADTB: “Rosatom”un rəhbəri Aleksey Lixaçov jurnalistlərə açıqlamasında bildirib ki, “Rosatom” dövlət korporasiyası Türkiyədə inşa edilən …