Çərşənbə axşamı , İyun 9 2026
azfa

admin

İran məhkəməsi azərbaycanlı fəal Yusif Sələhşuru həbs cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Təbrizdəki İnqilab Məhkəməsinin 3-cü şöbəsi azərbaycanlı milli-mədəni fəal Yusif Sələhşur barədə yeni hökm çıxarıb. Rejimin məhkəməsi azərbaycanlı milli fəalı 1 il həbs cəzasına məhkum etməklə yanaşı onun sosial şəbəkələrdə fəaliyyəti və ölkədən çıxmasına 2 il müddətinə qadağa qoyub. Qərar İnqilab Məhkəməsinin 2-cü …

Ətraflı oxu »

Azərbaycanlı siyasi məhbus Əkbər Nəimi və Tohid Əmirəmini barədə “Radiofərda”ya müsahibə- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kanadada yaşayan azərbaycanlı hüquq müdafiəçisi Yaşar Həkkakpur Evin zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbusların durumu barədə “Radiofərda”ya müsahibə verib. Həkkakpur müsahibəsində Evin zindanın 4-cü bölməsində həbsdə saxlanılan azərbaycanlı siyasi məhbuslar Əkbər Nəimi və Tohid Əmir Əminiyə qarşı İranın ETTELAAT İdarəsinin basqıları, onların qanunda …

Ətraflı oxu »

Rusiya ordusu Xersonda 60 kilometr geri oturduldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,”Rusiya qoşunları Krivoy Roq yaxınlaşanda sadəcə dayandırılmadılar, şəhərdən 40-60 km geri çəkildilər”. Bu barədə Krivoy Roq hərbi administrasiyasının rəhbəri Aleksandr məlumat verib. “Düşmən bütün istiqamətlərdə nəinki dayandırılıb, əksinə geri çəkilib. O, şəhərin ucqarlarındadır. Bu gün Xerson vilayətinin daha bir neçə yaşayış məntəqəsi azad edilib …

Ətraflı oxu »

Sıxışdırılmış xristian türklər, albanlar və ərmənlər

GADTB: Xristianlığı qəbul edən qıpçaqlarla bağlı süjet “Kitabi-Dədə Qorqud” dastanında da var. Və həmin dastanda Qazan xanın evinin yağmalanması boyunda görürük ki, qıpçaq (xristian) Məlik oğuzların düşmənidir. Qafqaz Albaniyasında, yəni, Azərbaycanda İslam dini geniş yayıldıqca və oğuzların təsiri artdıqca xristian türklərin Azərbaycanın ucqarlarına çəkilməsi prosesi baş verdi. IX əsrdə Səlcuq …

Ətraflı oxu »

Xocalının Fərrux kəndində Azərbaycan bayrağı – Video

Xocalının Azərbaycan Ordusunun nəzarəti altında olan Fərrux kəndindən yeni görüntülər yayılıb. Caliber-in yaydığı həmin görüntüləri təqdim edirik: Qeyd edək ki, Azərbaycan Ordusu Qarabağda dislokasiya işləri apararaq mövqelərini möhkəmlədir. Bununla da tarixi torpağımız olan Fərrux kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib.

Ətraflı oxu »

“Sepah” Ermənistana görə Azərbaycanı təhdid etdi: “Ordumuzla cavab verəcəyik”

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranın “İslam İnqilabı Keşikçiləri Korpusu” (Sepah) Ermənistanı müdafiə etməyə davam edir. “Sepah”ın Kiber Təhlükəsizlik bölməsinin Telegram kanalı Azərbaycanın Yeni Müsavat qəzetinin Ermənistanın tarixi Azərbaycan torpaqlarında qurulması ilə bağlı məqaləsinə reaksiya verib. “Ermənistan ərazisinə hər hansı bir hərbi təcavüzə İranın silahlı qüvvələri …

Ətraflı oxu »

Rusiya bir sıra hərbi texnikasını Qarabağdan çıxardı – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Laçın dəhlizi vasitəsilə Qarabağ bölgəsindəki sülhməramlıların müvəqqəti məsuliyyət zonasından hərbi texnikasını çıxarır.  “Caliber” rus hərbi texnikasının çıxarılmasının görüntüləri yayılıb. Martın 26-da qeydə alınan görüntülərdə rusların 4 ədəd “UAZ Patriot”, 1 ədəd “Tiqr”, 3 ədəd “KamAZ” (kunq, təmir maşını və yanacaq daşıyan maşın), …

Ətraflı oxu »

PKK və PJAK terrorçularının Urmiya məhəllələrinin tarixi türk adlarını dəyişməyə cəhd

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, terrorçu PKK və PJAK üzvü Məsud Şəmsnəjad Urmiya məhəllələrinin tarixi türk adlarını dəyişmək üçün İran məhkəmələrinə müraciət edib. Fars şovinizmindən yardım almağa çalışan kürd terrorizmi iddia edib ki, guya mühacir kürdlər gəldikləri şəhərdə məhəllələrin türkcə adlarını bilmirlər. Lakin rejimin məhkəməsi də Urmniyaya gəlib …

Ətraflı oxu »

Ukrayna müharibənin 32-ci günü üçün Rusiyanın itkiləri açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, müharibənin 32-ci günü üçün Rusiyanın itkiləri haqda məlumat yenilənib. Bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat paylaşılıb. Bildirilib ki, fevralın 24-dən martın 26-na qədər Rusiyanın 16.600-ə yaxın əsgəri, 582 tankı, 1664 hərbi zirehli maşını, 294 artilleriya sistemi, 93 reaktiv yaylış atəş …

Ətraflı oxu »

Yenicə dünyasını dəyişən Rza Bərahəninin Təbrizdə xatirəsi anıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində azərbaycanlı fəallar və ziyalılar yenicə dünyasını dəyişən məşhur azərbaycanlı yazıçı və şair Rza Bərahəninin xatirəsini anıblar. Onlar bu məqsədlə Ərk qalasının qarşısına toplaşıb və azərbaycanlı yazıçının xatirəsini sayğı ilə anıblar. azərbaycanlı fəallar və ziyalılar Kanadada dünyasını dəyişmiş yazıçı Rza …

Ətraflı oxu »