Avropa atasını tanımır

GADTB: Avropa nə yunan sözüdür, nə də latın. Bu barədə Bibliyada, qədim yunan və latın tarixçilərinin əsərlərində danılması mümkün olmayan bilgilər vardır. Avropa Alp Aranın qızının adıdır. Vilhelm Vaqner 1901-ci ildə Peterburqda nəşr olunan “Ellada” kitabında yazır:- Alp Aran (Bibliyada bene-kadem, yəni şərq oğlu) Zevsin oğurladığı qızı Avropanı axtara-axtara Beotiyaya gəlib çıxır, Dev (yunanca Fiv) şəhərini salır.

Aranın oğlunun adı Sarı, bacısının adı Cemela idi (Vilğqelğm Vaqner 1901.s.30,115). Sarı, Cəmilə latın adları deyildir. Bu barədə hələ eradan əvvəl I əsrdə Mark Terenti Varro və Publi Maron Vergili məlumat vermişdir. Onların yazdığına görə İtaliyadakı Sarı şəhərini Troyalı Sarı salmışdır (Varro 1938.s.1,15; Gneida 1971.s.408,411).

Mark Terenti latın dilinin mənşəyinə həsr olunan “De linqua latina” əsərində yazır ki, Avropa Elladaya Finikiyadan gəlmişdir (Varro 1938,1.15).

Aran alpları Araz çayı ilə Urmiya gölü arasında, Balıx çayının Fərat çayına töküldüyü yaşayırdılar. Onlar eradan öncə XV əsrdə güclü ordu yaradıb Finikiyanı tutdular. Sonra Tir və Sidon şəhərlərini, Aralıq dənizindəki adaları nəzarət altına aldılar. Aran müdrikləri Finikiyada dünyanın ilk fonetik əlifbasını yaratdılar.

Plininin yazdığına görə, Aran müdrikləri əsrdə Finikiyada tərtib etdikləri 22 hərfdən ibarət əlifbanı Beotiyaya gətirmiş, Ellada filosofları sonralar ona 3 işarə artıraraq qədim yunan əlifbasına çevirmişlər (Traçevskiy 1889.s.58.115; Vilğqelğm Vaqner 1901. s. 30. 115). M.Maspero yazır:- Avropa alimləri bunu uzun müddət inkar etdilər, ancaq yenə də Ellada mədəniyyətinin şərq mənşəyini gizlətmək mümkün olmadı (Maspero 1911.s.251). Semitoloqların 150 il bundan qabaq yazdıqlarından hələ də xəbərimiz yoxdur. Ona görə də Avropa bizi özündən aşağıda görməkdədir.

***

Avropa inanmaq istəmirsə, Britaniya adalarına tək Allah haqqında ilk xəbəri müqəddəs əzabkeş Alban gətirmişdir (Murad Adji 2007.s.162), biz nəyə görə onların parlamentinə inanmalıyıq? Aran müdrikləri xristianlığı yaya-yaya Avropanı gəzdilər, ingilisləri Temza çayında xaç suyuna çəkib təmizlədilər. İ.İ.Şopen yazır ki, Temza çayının adı Aran dilindəki təmiz sözündən törəmişdir. Təmiz xalis tatar sözüdür (Şopen 1866.s.13). Bu yaxınlarda Şotlandiyanın Aran adasından türk əlifbası ilə yazılar tapıldı (Murad Adji 2007.s.163). Mən arilərin türk mənşəyinə həsr olunan kitabımda həmin əlifbanın bir neçə nümunəsini çap etdirmişəm (Cəfərsoy 2017.s.9-12).

XIII əsrdə Qərbi Avropada xristianlığın Arian təriqətinə qarşı Səlib müharibəsi başladı. Katolik keşişlərin fitvası ilə türk dillərində yazılmış kitablar latın dilinə tərcümə edilib, əlyazmaları yandırıldı. Həmin nadir nüsxələr məhv edilməsəydi, biz Avropa mədəniyyətinin türk mənşəyi haqqında daha tutarlı fikirlər irəli sürə bilərdik.

XIII əsrin əvvəllərində Fransanın cənubunda 1 milyon nəfər Aran əsilli Qədər övladı yaşayırdı (Matlosk 2015.s.11,19-20). İndi fransızlar öz qızlarına Katerina adı qoyurlar. Katerina Qədərin qızı deməkdir.

Eldad ha-Dani (IX əsr) yazır ki, Azərbaycan əhalisinin çoxu Qədər dilində danışır (Əmpolğskiy 1954.s.106).

Qədər kişi adı kimi Azərbaycan dilindən Avropa dillərinə daxil oldu. İndi Katerina qadın adı kimi geri qayıdır. Ruslar bir zaman öz dillərini bəyənmirdilər. Evlərində fransızca danışırdılar. Ona görə ki, fransızları müsyö, özlərini mujik hesab edirdilər. Hindistanın racaları da öz dillərini bəyənmirdilər. Çünki onların nəzərində ingilislər ser, hindlilər xer idi.

Bizim nəyimiz və haramız İzabelin, İtobelin törəmələrindən əskikdir ki, qızlarımıza İzabella, Melita adları qoyaq?

İzabel Belin eşqi, İtobel Belin iti deməkdir. Mənim qollarımda Rüstəm Zal oğlu kimi 120 filin gücü olsaydı, yenə avrofillərin zəhmindən bu sözləri dilimə gətirməzdim. Şükürlər olsun ki, o sözlərn sahibi mən deyiləm, Henrix Qrets ilə A. Traçerskidir. Qeyzə gələnlər qoy gedib onların sümüklərini qəbirdən çıxartsınlar (Qenrix Qreüğ 1907.s.41,101; Traçevskiy 1889.s.57-58).

Bel fil deməkdir və müqəddəs kitablarda lənətlə xatırlanan Nemrudun totem adıdır. Nemrud Babili tutanda əsir etdiyi tayfa başçılarını İtobel, onların arvadlarını Belita, İzabel adlandırdı. O, İtobeli qapıda zəncirlədir, Melitanı yanına çağırırdı. Avropalılar öz arvadlarını Melita, İzabella deyib əzizləyirlərsə, bunun bizə nə dəxli var?

Əgər birinə desən ki, latın dilindəki senator türk mənşəli tituldur, adamı multimillətçilikdə ittiham edərlər. Dulsineyanın dar tumanının multi büzmələrinə and olsun ki, mən belə şeylərdən qorxuram.

Etruskların San Ata adlı zadəgan nəsli var idi. Latınlar onların adını senate kimi mənimsədilər. Sonra həmin söz senat, senator formalarında Avropa dillərinə yayıldı. Bunu mən desəydim, adı bizdən olanlar pişiyimi agaca dırmaşdırardılar. Yaxşı ki, mən deməmişəm Mark Terenti Varro deyib.

Mark Terenti e.ö.116-cı ildə anadan olub, e.ö.36-cı ildə rəhmətə gedib. İndi nə onun özünü tapmaq olar, nə də pişiyini!

Latın dilində etrusk dilindən alınma vallium sözü var ( Varro 1938.s.62). Etrusklar biçib xırmana tökdükləri sünbülləri vəl ilə əzər, buğdanı samandan ayırardılar. Vallium sözünün kökündə vəl etnoqrafiq leksemini görəndə necə sevindimsə, Mark Terenti Varronun ruhuna 70 dəfə salavat çevirdim.

Sonra bizim dilçilərin ruhlarına dua oxumaq üçün AMEA-nın kitabxanalarına yollandım. Müdafiə olunmuş dissertasiyaların adlarına baxanda qollarım yanıma düşdü:-”Fransız və Azərbaycan dillərində gül adlarının müqayisəli-linqvistik təhlili”, “Azərbaycan dilində Avropa dillərindən alınma terminlər!” və s. Əgər görsəydim ki, bircə nəfər “Avropa xristian salnamələrində türk sözləri” mövzusunda dissertasiya yazıb, onun ruhuna 7 dəfə salavat çevirərdim. Heyf ki, çevirə bilmədim. Çünki qollarım yuxarı qalxmırdı.

Bu torpağın çörəyini yeyib, bu ölkənin havasını udan övladlarımız o zaman öz dilini yad ünsürlərdən təmizləyəcək ki, özünü özgələrdən alçaqda yox, ucada görsün. Bunun üçün öz tariximizin şanlı səhifələrini öyrənməli və onlara öyrətməliyik.

Əgər tələbələrimiz bilsələr ki, babaları Romada papa, Misirdə sultan olmuşdur, özlərini özgələrdən uca tutacaqlar.

Xaçın və Laçın məlikləri monqollarla vuruşa-vuruşa Suriyaya gedib çıxdılar. Onların elbəyi Hüsaməddin əl-Mənsur əl-Laçın Misirdə sultan oldu. Əslən Avropa Albaniyasının Qəbələ kəndindən olan Məhəmməd Əli də Misirdə sultan olmuşdur (Levin İ. Eqipet, M,1937 s.15,96). Əgər övladlarımız bilsələr ki, Qəbələ baş məbədi olmuşdur Troyanın qədim məbədlərindən biri Kebela adlanırdı, dilini yad dillərdən, düşüncəsini yad təsirlərdən qoruyacaqdır.

1075-ci ildə Toskana əsilli kardinal Toğrul VII Qriqori adı ilə Roma papası seçildi (Murad Adji 2006.s.151).

Albaniyanın Toskan mahalından(İstoriə Aqvan 1861.s.69) olan alplarımız Azərbaycandan İtaliyaya köçüb, orada Toskana şəhərini saldılar. Bunu biz deyəndə pişiklərimizi ağacdan enməyə qoymurlar. Yaxşı ki, biz demirik, latın tarixçiləri özləri deyirlər(Varro 1938.s.71). Toskanalı Toğrul Romaya gələndə papa yox, apa titulunu qəbul etmişdi. Apa türk dillərində ataya və ata xətti ilə əcdadlara deyilir.

Roma imperatorlarının Yuli titulu etrusklarının Yulaq nəslinin adından törəmişdir. Bunu biz yazmırıq, Roma dövrü latın tarixçilərinə istinadən baron Vaux de- Carra yazır (Vaux de-Carra 1911.s.3-62). Yulaq troyalı Eneyin finikiyalı Ana xatdan olan oğlunun adı idi. Yuli Sezar və Oktavian Avqust ana xətti ilə həmin Yulaqın nəslindəndirlər ( Gneida 1933.s.352). Mən kiməm və nə karəyəm ki, deyəm xat xatun sözünün köküdür?

Baron Varra de- Caux yazır ki, Romanın adlı-sanlı konsullarından birinin soyadı Manli olmuşdur (Vaux de-Carra 1911.s.26-27; Haarman 2002.s.65). Manli, Kara Manli, Ak Manli türkmən nəsilləridir (Faruk Sümər 1992.s.132)

Karaman bəyləri Siciliyanı tutdular (Gneida 1933.s.21; Kvinta Kurüiə 1750.s.204). Suriyadan makedoniyalıları qovdular (Tuseynov 1960.28,91). Təbrizli tacir xaçatur XVII əsrdə Venetsiyada onların alplıq və ərənlik dastanını çap etdirdi (Marr 1895.s.13,222; Xaxanov 1901.s.19,20).

Əgər desəm ki, Venetsiyaya getmək üçün vəsait lazımdır, bizim mühasiblərin göz yaşlarını qurutmaq üçün Qıdı kirvənin bir arşınlıq dəsmalıbəs eləməz.

İtaliyanın Neapol şəhəri eradan əvvəl Bərdə adı ilə salınmışdı. Publi Maron Vergilinin və Sili İtalikin poemalarında Bərdə şəhərinin adı Parteoniya və Parteqoniya formalarında yazıya alınmışdır (Gneida 1971.s.9).

Parteqoniya Bərdək nəslinin yurdu deməkdir. Elam kitabələrində Bərdək knyaz nəslinin ölkəsi Partaqena adlandırılır ( Bleyxşteyner 1936.s.193).

Bərdək alpları Şuşa cəngavərləri ilə birlikdə 10 il Troyanı müdafiə etmiş, İlionun süqutundan sonra İtaliyaya köçmüşlər. Onların Qafqaza köçən qolları burada Bərdək şəhərlərini salmışdır. Erməni və gürcü salnaməçiləri həmin şəhərləri Berdak adlandırırlar (Korön 1962.s.135; Davrijeüi 1973.s.380).

Bərdə Bərdək şəhərinin samiləşmiş adıdır. Səid Nəfisi yazır ki, ərəblər sözün son samitini yeyirlər (Səid Nəfisi 1940.s.34,75). Nəticədə Gəncək şəhərinin adı Gəncə, Bərdək Bərdə olur.

İtaliyada yaşayan rutulların başçısı Durna totem adı daşıyırdı. “Eneida”nın təfsirçiləri onu İtaliyanın Axillesi adlandırırlar (Gneida 1933.s.343). Azərbaycan ilə Dağıstan arasında yaşayan rutullar Durna nəslinin son qalıqlarıdır. Troya müharibəsi illərində Apollon məbədinin kahini Kalkan titulu daşıyırdı (Vilğqelğm Vaqner 1901.s.129). Qalxanın türk sözü olduğunu təsdiq etmək üçün lüğətlərə baxmağa ehtiyac yoxdur. Kalkanın bir qızının adı Xer, bir qızının adı Ber idi. Qədim bulqar və çuvaş dillərində xer qız deməkdir. Ber bərdək, yəni bardaq sözünün köküdür. Troya xaqanı Piramın xəzinəsi qadın formalı saxsı bardaqlarda saxlanırdı.

Troya hökmdarı Piramın xəzinəsinin saxlandığı bardaqlardan biri. Troyalı Pandar Eneyə ağa deyib müraciət edirdi. Bəzi mətnşünaslar bu titulu aqa, bəziləri axa kimi oxuyurlar. Misir fironu Ramzes vəliəhd ikən axa, yəni ağa titulu daşıyırdı. Eyni zamanda ən qədim Misir fironlarından birinin titulu Axa olmuşdur (Turaev 1922.s.36,37,38).

Eneyin atasının adı Anxiz idi (Gneida 1933.s.17). An göy, xiz qız deməkdir. Çünki Eneyin atası adi adam deyildi, göylər qızı ilahə Anarın oğlu idi.

Etrusk zadəganlarından birinin adı Ozan olmuşdur. Latın dilli mənbələrdə həmin zadəganın adı Ozeniy, Oziniy formalarında yazıya alınmışdır (Gneida 1971.s.371-372).

İstər Ozan olsun, istər Ozen, türk sözüdür. Türk dillərində uzen axar sulara, ozan el aşıqlarına deyilir. Avropa atasını tanımasa da, anasının ərlərini tanıyır. Yunanların inancına görə Afroditanın, latınların mifik təsəvvürünə görə Veneranın ərinin adı Er olmuşdur (Senkovskiy 1859.s.101; Avraam Norov 1828.s.195-196; Vilğqelğm Vaqner 1931.s.34; Vaynşteyn 1909.s.33).

Yunan qadınları Er nəslindən olan oğlanları Erot adlandırır və inanırdılar ki, erotlar heç zaman kişilikdən düşmürlər. Keçid dövrünə çatanda yenidən gənc oğlan olurlar. Həmişə qadınlara erotik xidmət göstərirlər (İstoriə qreçeskiy literaturı 1933.s.49).

Latın şairlərinə görə, gözəl Er Eneyin nəslindəndir. O, Troyadan İtaliyaya gəlib, Veneranın qızlarını xoşbəxt etmişdir (Avraam Norov 1828.s.195-196). Roma şəhəri salınanda ona üç addan birinin verilməsi təklif olundu: Er, Amur, Roma (İstoriə 1872.s.243). Bu məlumat göstərir ki, o zaman Eney nəslindən Er övladları İtaliyanın üç güclü etnosundan biri olmuşdur.

İ.İ.Şopen yazır ki, er Aran sözü olub, erkək deməkdir (Şopen 1866.s.17).

Avropa dillərindəki Erik kişi adı bizim erkək sözündən törəmişdir. İndi həmin söz erot, erotik, erotika formalarında geri dönür. Biz onları dilimizə qaytaraqmı?

Bonapart Napoleona qədər Fransanın kişiləri arvadlarının bic balalarını böyütməyə məhkum idilər. Ər arvadının yanında bir uşaq qoyub müharibyə gedirdi. Qayıdanda onun yanında üç uşaq görürdü. Napoleonun təkidi ilə Fransanın Konstitusiyasına belə bir maddə salındı: Kişinin varidatı yalnız özündən olan uşaqlarına çatmalıdır.

Kayzer Vilhelmə qədər Prussiyanın kişiləri öz arvadlarını evə gələn qonağa təklif edirdilər. Kayzer Vilhelm bu adətə xüsusi sərəncamla son qoydu: Arvadlarınızı hər gecə bir ayğırın ayağına verməyin. Avropada Bonapart kimi, Vilhelm kimi kişilər qalıbsa, biz onların nümunəsində avropalaşa bilərik.

Şah Abbas qoeçubaşı Oruc bəy bayatı Avropaya göndərdi. Arvadlar Don Juan deyib onu əzizlədilər və növbə ilə evlərinə getirdilər. Çox çəkmədi onların beşiyində balaca Bayat bəyləri oynaşmağa başladılar.

A.S.Puşkin yazır:- Mənim ana babam İbrahim general-mayor rütbəsində təqaüdə çıxdı və nənəmin malikanəsinə gəldi. Beş-altı ildən sonra ətraf kəndlərdə yüzlərlə qarabəniz, qıvrımsaç uşaqlar qaçışmağa başladılar. İldən ilə Avropanın kəndlərində qaçışan uşaqların sayı azalır. Yalnız ona görə yox ki, oranın arvadları doğmaq istəmirlər. Həm də ona görə ki, o qitənin parlament binaları bir-birlərinin ardınca mavi rəngə bürünür. Mən o binaları içindəkilərlə birlikdə Oruc bəy Bayatın bir tükünə dəyişmərəm.

***

Əxlaqi dəyərləri bir tükə dəyməyən matriarxal Avropa öz katerinaları, dulsineyaları ilə üstümüzə gəlir. Məqsəd patriarxal ənənələrə söykənən Azərbaycan ailəsinin sütunlarını zədələməkdir. Sütunları zədələnmiş evlərimiz nə zamansa yıxıla bilər… İldən ilə Avropanın kəndlərində qaçışan uşaqların sayı azalır. Yalnız ona görə yox ki, oranın arvadları doğmaq istəmirlər. Həm də ona görə ki, o qitənin parlament binaları bir-birlərinin ardınca mavi rəngə bürünür. Mən o binaları içindəkilərlə birlikdə Oruc bəy Bayatın bir tükünə dəyişmərəm.

***

Əxlaqi dəyərləri bir tükə dəyməyən matriarxal Avropa öz katerinaları, dulsineyaları ilə üstümüzə gəlir. Məqsəd patriarxal ənənələrə söykənən Azərbaycan ailəsinin sütunlarını zədələməkdir. Sütunları zədələnmiş evlərimiz nə zamansa yıxıla bilər…

İlhami CƏFƏRSOY

Həmçinin yoxlayın

Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubileyi TÜRKSOY-un baş ofisində keçirildi

GADTB: Mərkəzi Azərbaycanın paytaxtı Bakı şəhərində olan Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubileyi …

Molla rejimi Güney Türkmənistanın etnik tərkibini dəyişməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Türkmənistanın etnik tərkibini dəyişməyə …