GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərb diplomatları deyiblər ki, Avropa rəsmiləri İranla nüvə sazişini bərpa və danışıqların dalana dirənməsindən çıxmaq üçün son cəhdlərində Avropa İttifaqının baş müzakirəçisi Enrike Moranın Tehrana səfərini təklif ediblər.
“The Wall Street Journal” qəzeti mayın 1-də Qərb rəsmilərinə istinadən yazıb ki, Enrike Mora İrana yenidən səfər etməyə hazır olduğunu bəyan edib, lakin rəsmi Tehran hələlik bu təklifə cavab verməyib.
Məlumata görə, Qərb diplomatları Tehrana aydın mesaj vermək istəyirlər ki, danışıqlar ancaq İran çıxılmaz vəziyyətdən çıxış yolu təklif edəcəyi halda yekunlaşa bilər.
Onlar İranı Sepah məsələsini irəli çəkmədən nüvə anlaşmasını imzalamağa çağırıblar.