Çərşənbə axşamı , May 21 2024
azfa

Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcəyini açıqlayıb

GADTB: Avropa İttifaqı (Aİ) İsrailə hücumla əlaqədar İrana qarşı sanksiyaları genişləndirəcəyini açıqlayıb. Bu barədə Aİ liderlərinin birgə bəyanatında bildirilib.

Bəyanatda aprelin 13-də İsrailə təşkil etdiyi hücumun liderlər tərəfindən yekdilliklə pisləndiyi və İrana qarşı sanksiyaların genişləndirilməsinə qərar verildiyi bildirilib.

Bəyanatda həmçinin xatırladılıb ki, Qəzzadakı böhran təcili atəşkəs, əsirlərin azad edilməsi və humanitar yardımların maneəsiz çatdırılması yolu ilə dayandırılmalıdır. Bəyanatda Aİ-nin iki dövlətli həllə sadiqliyi də vurğulanıb.

Bəyanatda Livandakı vəziyyətə də toxunulub və Aİ-nin bu ölkəyə güclü dəstəyi bir daha vurğulanıb. Aİ liderləri suriyalı qaçqınların təhlükəsiz və könüllü şəkildə ölkələrinə qayıtmasını dəstəklədiklərini vurğulayıblar.

Həmçinin ABŞ və Britaniya İsrailə hücum etdiyi üçün İrana qarşı sanksiyalar tətbiq ediblər.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Anıt qəbriri ziyarət edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Türkiyə XİN: ”Türkiyə Krım tatarlarının və qardaş Qafqaz xalqlarının ağrı-acılarını bölüşür”

GADTB: Türkiyə Krım tatarlarının və qardaş Qafqaz xalqlarının ağrı-acılarını bölüşdüyünü açıqlayıb. Türkiyə Xarici İşlər Nazirliyi …