Şənbə , Oktyabr 16 2021
azfa

Avropa ölkələri İranın nüvə proqramındakı son irəliləyişləri qəbuledilməz adlandırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İngiltərə, Almaniya və Fransa yaydıqları birgə bəyanatda İranın davamlı olaraq atom öhdəliklərini pozmasından dərin narahatlıq bildiriblər.

Onlar Tehrana bu həftə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müdiri Rafael Qrossi razılaşmasını xatırladıb və yaranmış bu diplomatik fürsətdən istifədə etməsini istəyiblər.

Bəyanatda deyilir: “İran dərhal filiz uran istehsalı, uranı 60% miqdarında zənginləşdirmə, eləcə də Fordo kimi atom mərkəzlərində daha qabaqcıl sentrifuqaların quraşdırılmasına son qoymalı, gərginliyə səbəb olan addımlardan çəkinməli və vaxt itirmədən müzakirələrə başlamalıdır”.

Həmin üç ölkə, həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin rəisinin İranın atom fəaliyyətinə dair hazırladığı son hesabat və göstərdiyi diplomatik çabaları təqdir ediblər.

Həmçinin yoxlayın

İran rejiminin həbs etdiyi azərbaycanlı jurnalistlərdən xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Güney Azərbaycanın Kəleybər …

Zəncandan Təbrizə Azərbaycan uğrunda anlamlı dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəngan şəhərində bir qrup azərbaycanlı milli …