Cümə axşamı , May 30 2024
azfa

Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli qətnaməsinə etiraz

GADTB: Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası Azərbaycana qarşı qəbul edilən qərəzli qətnaməyə qarşı Avropa Parlamentinə bəyanat ünvanlayıb. Bəyanatda qeyd olunur:

“Hər zaman öz milli maraqlarına uyğun və qarşılıqlı maraq kəsb edən məsələlərin gündəmə çıxarılması, müzakirə olunması və müvafiq qərarlar qəbul edilməsini dəstəkləyən Azərbaycan Beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edib və etməkdə davam edir. Lakin kənar qüvvələrin təsiri altında bəzi təşkilatlarda Azərbaycana qarşı qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir”.

Qeyd edilir ki, belə qərəzli münasibət Avropa Parlamentində xroniki xarakter alıb:

“Avropa Parlamentində 13 mart 2024-cü il tarixində qəbul edilmiş “Avropa Birliyi və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı ikili standartların daha bir nümunəsi olan qətnamənin qəbul edilməsi Azərbaycana qarşı qərəzli münasibətin təzahürüdür.

Qətnamədə beynəlxalq əlaqələrin mahiyyətinə zidd olaraq siyasi etik normalardan kənara çıxan cəfəng və təhqiramiz ifadələrin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı açıq pozuntu dolu fikirlərin əks olunması qətnaməni irəli sürmüş Avropa Parlamenti üzvlərinin əsl mahiyyətini izah edir”.

Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası Beynəlxalq hüquq prinsiplərinə hörmətsizliyi özündə əks etdirən Avropa Parlamentin qəbul etdiyi qərəzli qətnaməsi və Azərbaycanla bağlı səslənən qərəzli ittihamları mütəmadi olaraq ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının tərkib hissəsi kimi qiymətləndirir:

“Bu qrupların yeganə məqsədi ondan ibarətdir ki, inkişafda olan, müasir, müstəqil siyasət aparan Azərbaycanı ləkələsinlər, Avropada Azərbaycan haqqında yanlış, fikirlər formalaşdırsınlar. Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnaməsini şiddətlə qınayır və Azərbaycan dövlətinə qarşı yönəlmiş ikili standartlar siyasətinə son qoyulmasını qəti surətdə tələb edir”.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəalı həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Əcəbşer şəhərindən olan azərbaycanlı fəal Sina …

Molla rejimi azərbaycanlı fəal Vəli Zöhrabini qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Vəli Zöhrabini qeyri-müəyyən …