Cümə , İyul 10 2026
azfa

Avstraliya-Azərbaycan Assosasiyası və GADTB-nin təşkilatçılığı ilə Sidneydə 20 Yanvar şəhidləri anıldı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2021-ci il yanvar ayının 20-də Avstraliya-Azərbaycan Assosasiyası (AAA) və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) 100 nəfərə yaxın qonağın iştirakı ilə 20 Yanvarın 31-ci ildönümü münasibətilə möhtəşəm anım tədbiri keçirdilər.

Tədbir Avstraliya-Azərbaycan Assosasiyası (AAA) prezidenti və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil Oyta və GADTB Qadın və İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsunun təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycanın Avstraliya İttifaqında müvəqqəti işlər vəkili Ramil Qurbanov, Yeni Cənubi Uelzdə (NSW) Türk Konseyinin başqanı Dursun Candemir ve Beşir Karasu Türk Dayanışma Dərnəyinin başqanı ve Avstralia Hərbi Galapoli RSL Auburn şöbəsinin başqan yardımcısı Mehemet Evin və Galapoli məscidinin başqanı Dr.Abdulrəhman və digər təşkilat liderləri bu tədbirdə iştirak etmişdilər .

Tədbiri Cesika xanım Oyta aparmış və tədbirdə Avstraliya-Azərbaycan Assosasiyasından sayın Mikayil bəy Oyta, Azərbaycan səfirliyinin təmsilçisi sayın Ramil Qurbanov və GADTB-dən sayın Sara xanım Azərsun çıxış etmişlər. Tədbirdə həmçinin 1990-cı il 20 Yanvarla bağlı video nümayiş etdirildi .

Tədbirdən video və şəkilləri təqdim edirik:

Həmçinin yoxlayın

Türkiyənin S-400-ləri başqa ölkəyə verəcəyi gündəmə gəlib

GADTB: “Hürriyət” qəzetinin köşə yazarı Abdulqadir Səlvi qeyd edib ki, məndə olan məlumata görə, S-400-lər …

ABŞ və İsrail İran hakimiyyətinin devrilməsi variantlarını müzakirə edir

GADTB: İsrael Hayom qəzeti yazıb ki, ABŞ, İsrail və bölgənin bəzi ölkələri İrana qarşı mümkün …