Cümə , Aprel 19 2024
azfa

Avstraliya-Azərbaycan Assosasiyası və GADTB Sidneydə 28 May- Cümhuriyyət günü ilə bağlı tədbir keçirdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliya-Azərbaycan Assosasiyası və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasının 103-cü ildönümü ilə bağlı Avstraliyanın Sidney şəhrində möhtəşəm tədbir keçirdilər.

Tədbirdə ilk öncə Azərbaycanın himni, daha sonra isə Avstraliyanın himni oxundu.

Tədbirdə çıxış edən sayın Mikayil Oyta 1828-ci ildə Azərbaycanın Rusiya işğalı nəticəsində parçalanması, 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Azərbaycan Demokratik Respublikasının elan edilməsi və müstəqilliyin 23 ay sürməsi, eləcə də 1991-ci ildə Azərbaycanın yenidən öz müstəqilliyini bərpa etməsi, Azərbaycanın birinci prezidenti Əbülfəz Elçibəy tərəfindən rus qoşununun Azərbaycandan çıxarılması, 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə dəvət edilərək ölkədə sabitlik yaratması və Azərbaycan prezidenti cənab İlham Əliyevin Azərbaycanı iqtisadi inkişafa çatdırmaqla 44 günlük müharibə ilə Azərbaycan torpaqlarını erməni işğalından azad etməsi və böyük zəfər qazanmasından danışmışdır.

Tədbirdə daha sonra Azərbaycan Respublikasının Avstraliyada təmsilçisi diplomatımız sayın Ramil Qurbanov çıxış etmişdir.

Həmçinin Türkiyənin Sidneydəki baş konsulluğundan hörmətli Yıldıray Kircalı və hörmətli Dündar Evliyaoğlu çixiş etdilər.

Avstraliyada federal millət vəkilimiz  Julia xanım Owne də çıxış edib.

Kamberlənd Bələdiyəsinin təmsilcisi hörmətli millət vəkilimiz Kun Huang iştirak etmiştir.

Tədbirdə millət vəkilimiz cənab Paul Lynch da çıxış etmişdi.

Həmçinin Sri-Lanka baş konsulu cənab Lakshman Huluga çıxış etmişdi.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Qadın və İnsan Haqları Departamentinin sədri hörmətli Sara xanım Azərsun da tədbirdə çıxış edib.

Professor doktor Şəmsəddin də tədbirdə iştirak etmişdir.

Türkiye CHP partiyasının Avstraliya təmsilçisi hörmətli Sinan Ketencioğlu da tədbirdə çıxış etmişdir.

Türk qəzetinin müdiri hörmətli Yüksel bəy də iştirak etmiştir.

Türk konseyinin başqanı hörmətli Dursun Candəmir də iştirak etmişdir.

Tədbirdə Türk Dayanışma Dərnəyinin başqani hörmətli Bəşir Karasu da iştirak etmişdir.

Tədbirin sonunda bayram münasibətilə qonaqlar şirniyyat süfrəsində bir araya gəldilər.

Tədbirdən video və şəkilləri təqdim edirik:

Həmçinin yoxlayın

Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror təşkilatları siyahısına əlavə etmək istəyirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror …

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …