Cümə axşamı , Sentyabr 24 2026
azfa

Avstraliya-Azərbaycan Assosasiyasının Zəfər Günü tədbiri Azərbaycan mətbuatında əks etdirildi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosasiyasının Zəfər Günü tədbiri Azərbaycan mətbuatında da əks etdirilib.

Bir sıra Azərbaycan saytları, o cümlədən “Bakı xəbər” saytı həmin tədbirdən video və şəkillər yaymaqla məmulat vermişdir.

Qeyd edək ki, Avstraliya-Azərbaycan Assosiyasiyası Prezidenti və GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta və sayın Sara xanım Azərsunun təşəbbüsü ilə Azərbaycanın Zəfər Günü Avstraliyanın Sidney şəhərində müxtəlif tədbirlərlə anılıb.

Gün boyu bütün şəhərdə böyük reklam avtomobili ilə Azərbaycan bayrağı, xari bülbül və Azərbaycanın Zəfər Günü lövhələri nümayiş etdirilib, əhaliyə Azərbaycanın zəfəri və işğal edilmiş ərazilərini azad etməsi barədə məlumat təqdim edilmişdir.

Günün ikinci yarısı və axşam saatlarında isə Zəfər Günü ilə bağlı Azərbaycan, Türkiyə və Avstraliya bayraqları ilə möhtəşəm avtoyürüş keçirilib.

Tədbirdə Avstraliyanın Sidney şəhərində Avstraliya-Azərbaycan Assosiyasiyası və GADTB üzvləri, eləcə də Sidneydə yaşayan azərbaycanlılar iştirak ediblər.

Tədbirdən video və şəkilləri təqdim edirik:

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …