Cümə axşamı , Sentyabr 17 2026
azfa

Avstraliya Azərbaycan Assosiyasından 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bildiriş

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bildiriş yayıb. Bildirişi olduğu kimi təqdim edirik:

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bütün dünyaya səpələnmiş 55

milyondan artıq azərbaycanlının birliyini, milli kimliyini və mənəvi gücünü ifadə edən əlamətdar

bir gündür.

Bu tarix böyük Azərbaycan millətinin dünyanın dörd bir yanında yüksək mədəniyyətini, zəngin irsini və dövlətçilik ənənələrini layiqincə təmsil etdiyini bir daha nümayiş etdirir.

Bu gün biz güclü və müstəqil Azərbaycan dövlətinin mövcudluğunu, ölkəmizi beynəlxalq aləmdə ən yüksək səviyyədə tanıdan, xalqımıza etibar və qürur qazandıran böyük siyasi xadim,

Azərbaycan Respublikasının Prezidenti, hörmətli cənab İlham Əliyevin uzaqgörən siyasətini xüsusi vurğulayırıq.

Dövlətçiliyimizə qarşı yönəlmiş hər cür təxribat və çevriliş cəhdlərinin ifşa olunması, milli birliyimizin qorunması hər bir azərbaycanlının borcudur.

Avstraliya Azərbaycan Assosiasiyası adından 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2026-cı il münasibətilə bütün dünya azərbaycanlılarını səmimi-qəlbdən təbrik edirik. Böyük millətimizə möhkəm can sağlığı, uzun ömür, şad günlər, rifah, firavanlıq, sülh və əmin-amanlıq arzulayırıq.

Qoy 2026-cı il Azərbaycan xalqı üçün birlik, güc və yeni uğurlar ili olsun.

Dərin hörmətlə,

Mikayil Oyta

Avstraliya Azərbaycan Asosiyasinin Birliyinin Prezidenti ( AAA )

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …