Çərşənbə , May 6 2026
azfa

Avstraliya Baş Nazirindən sayın Mikayil Oytaya təşəkkür məktubu-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliyanın baş naziri Entoni Albanese Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) prezidenti sayın Mikayıl Oytaya seçkilərdə leyboristlər partiyasını dəstəklədiyi üçün təşəkkür məktubu ünvanlayıb.

Baş nazir məktubunun bir hissəsində yazır: “Avstraliya İşçi Partiyası adından bu kampaniya zamanı göstərdiyiniz inanılmaz dəstəyə görə sizə təşəkkür etmək istəyirəm.

Sizin Baş Naziriniz və partiyamızın lideri kimi xidmət etmək mənim həyatımın ən böyük şərəfidir. Hər gün bu qitə kimi geniş bir hərəkatın bir hissəsi olduğumu bildiyim üçün sevinirəm. Bu, sizin kimi milyonlarla insandan ibarət, avstraliyalıların özləri kimi səxavətli və ədalətli bir cəmiyyət qurmağa həsr olunmuş hərəkatdır…”

Baş nazirin təşəkkür məktubunun tam mətnini aşağıdakı linkdən oxuya bilərsiniz:

https://forms.swiftfoxcrm.com/view-email?token=eyJhbGciOiJIUzI1NiIsInR5cCI6IkpXVCJ9.eyJjYW1wYWlnbklkIjoiOXc5Z0ZPNGVQT0xJRXRBOFhDZERwIiwidGFyZ2V0SWQiOiI0MDI5NDYiLCJ0YXJnZXRUeXBlIjoiUGVyc29uIiwidGVuYW50IjoiYWxwLWRlbW8iLCJwZXJzb25JZCI6IjQwMjk0NiIsImlhdCI6MTc0NjI0OTcyM30.Ajwl0BUN2_pAVZyMbvkGQTdA45yxuu-Ib0QnhbKG5j8&utm_campaign=website&utm_medium=email&utm_source=sendgrid.com

Eyni zamanda digər rəsmilərdən də sayın Mikayil bəyə təşəkkür məktubu gəlib:

Həmçinin sayın Mikayil bəy Oyta dəstəklədiyi Leyboristlər Partiyasının qələbə qazanması münasibəti ilə Avstraliya Xarici İşlər naziri Penni Vonqa təbrik məktubu ünvanlayıb. Məktubda yazılıb:

Hörmətli nazir,

Avstraliya Azərbaycanlıları Assosiasiyası adından senator Penni Vonq və İşçi Partiyasını ötən şənbə günü 3 may 2025-ci il seçkilərində əhəmiyyətli fərqlə fantastik qələbəyə görə təbrik etmək istərdim.

Sizə uğurların davamlı olmasını və milli maraqlar naminə qarşıya qoyduğunuz bütün müsbət məqsədlərə nail olmağı arzulayırıq. Həmişə olduğu kimi, icmamız, Əmək Partiyası ilə birlikdə sizi bütün Avstraliyada dəstəkləyir.

Səmimi qəlbdən

Mikayil Oyta

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti

Həmçinin yoxlayın

Türkiyənin müdafiə şirkətləri yeni texnologiyaları təqdim edəcək

GADTB: SAHA 2026 tədbirində bəzi texnologiyalar ilk dəfə geniş şəkildə nümayiş etdiriləcək. Türkiyənin PUA istehsalçısı …

Tramp: İranda xalq üçün çoxlu silah göndərmişdik

GADTB: ABŞ prezidenti Donald Trump Amerikanın “Salem” adlı xəbər şəbəkəsinə müsahibəsində İranda xalqa silah göndərildiyini, …