GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya HƏMAS-ın siyasi qanadını terror təşkilatı elan etməyə hazırlaşır.
Bu barədə Avstraliya Daxili İşlər Nazirliyi yazılı açıqlama yayıb.
“Avstraliya terror təşkilatları siyahısını yeniləyir. HƏMAS-la birlikdə Suriyadakı “Heyət Təhrir əş-Şam”, “Hürrəsəddin” və ABŞ-da yerləşən Nasional Sosialist Nizamı qrupları da terror təşkilatları siyahısında olacaq.
Qeyd edək ki, Avstraliya HƏMAS-ın hərbi qolu olan İzzəddin əl-Qəssam Briqadalarını 2001-ci ildən terror təşkilatı hesab edir. İndiki qərarla HƏMAS-ın siyasi qanadı da terror qruplaşmaları siyahısına daxil olacaq.