Şənbə , Oktyabr 10 2026
azfa

Avstraliya İrana qarşı sanksiyaları genişləndirdi

GADTB: Bu gün Avstraliya hökuməti İslam Respublikasında etirazların qəddarcasına yatırılması ilə əlaqədar İrana qarşı yeni sanksiyalar tətbiq edib. Rəsmi Kanberra İranla bağlı sanksiya siyahısını genişləndirərək 20 fiziki şəxs və üç qurumu hədəfə alıb.

Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib ki, sanksiyalara İran xalqına qarşı zorakılıqda, daxili etirazların amansız şəkildə yatırılmasında, həm İran daxilində, həm də ölkə xaricində insan həyatına təhdid törədən fəaliyyətlərdə iştirak edən SEPAH-ın yüksək rütbəli zabitləri daxildir.

Nazir vurğulayıb ki, Avstraliya hökuməti daha əvvəl SEPAH-ı terrorçuluğun dövlət sponsoru kimi tanıyıb və İran rejiminin repressiv siyasətinə qarşı prinsipial mövqe sərgiləməyə davam edir.

Penni Vonqun sözlərinə görə, indiyədək Avstraliya tərəfindən 300-dən çox İran vətəndaşı və qurumuna qarşı sanksiyalar tətbiq olunub./ Azad İran

Həmçinin yoxlayın

İran mediasından Azərbaycana qarşı yeni təbliğat: Məktəbli forması qaydaları yeni bəhanəyə çevrildi

GADTB: SEPAH-a bağlı “Tasnim” xəbər agentliyi Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim qaydaları …

Xəzərin səviyyəsinin 18 metr aşağı düşəcəyi deyilir- Video

GADTB: Son dövrlərdə Xəzər dənizinin səviyyəsində qeydə alınan kəskin enmələr, sahil xəttinin kilometrlərlə geri çəkilməsi …