Şənbə , Sentyabr 19 2026
azfa

Avstraliya mediası: “İran səfirliyi terror əməliyyatlarının bazası kimi istifadə olunub”

GADTB: Avstraliya hökuməti İranın Kanberradakı səfiri Əhməd Sadeqini və daha üç diplomatı ölkədən çıxarıb. Bu addım kəşfiyyat qurumlarının İranın Avstraliya ərazisində antisemit hücumlarda birbaşa iştirakına dair təqdim etdiyi sübutlardan sonra atılıb.

Avstraliyanın “The Spectator” nəşrinin məlumatına görə, təhlükəsizlik orqanları oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra baş verən iki antisemit hücumun arxasında Tehranın dayandığını təsdiqləyib.

Rəsmi açıqlamalarda qeyd olunur ki, İran yerli cinayətkarlardan istifadə edərək izlərini gizlətməyə çalışsa da, əməliyyat və texniki sübutlar səfirliyin terror fəaliyyətləri üçün baza rolunu oynadığını göstərib. /Azad İran

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …