Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Avstraliyada Avstraliya Azərbaycan Assosiasiyası və GADTB-nin dəstəklədiyi partiya qalib gəldi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliyada keçirilən parlament seçkilərində Avstraliya Azərbaycan Assosiasiyası və Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) dəstəklədiyi partiya qalib gəlib.

Avstraliyada keçirilən federal parlament seçkilərində Avstraliya İşçi Partiyasının lideri Entoni Albanese qalib gələrək ölkənin yeni 31-ci baş naziri olub.

Avstraliya Azərbaycan Assosiasiyası (AAA) prezidenti sayın Mikayıl Oyta Entoni Albanese baş nazir seçilməsi münasibəti ilə təbrik məktubu da göndərib. Məktubda deyilir:

“Hörmətli baş nazir,

Avstraliyada yaşayan Azərbaycan icması adından təbriklərimizi qəbul edin.

Avstraliyanın baş naziri seçilməyiniz üçün sizə ən xoş arzularımı çatdırmaq istəyirəm. Sizə, hökumətinizə və Avstraliya xalqına uğurlar arzu edirik.

Mən sizin xeyrinizə olan bütün məsələlərdə sizinlə işləməyi və

Avstraliya icması və milli maraqlarımız naminə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm.

Əminəm ki, Sizin rəhbərliyiniz altında

Avstraliya mənalı yollarla çiçəkləncək və inkişaf edəcək”.

Məktubun ingiliscə mətnini təqdim edirik:

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …