Çərşənbə , Sentyabr 23 2026
azfa

Avstraliyada Azərbaycan diasporu və GADTB-nin Türkiyənin Beynəlxaq Maarif Məktəbinin təməlqoyma mərasimində iştirakı mətbuatda geniş əks etdirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliyada Azərbaycan diasporu və GADTB-nin Türkiyənin Beynəlxaq Maarif Məktəbinin təməlqoyma mərasimində iştirakı Azərbaycan mətbuatında geniş əks etdirilib.

Qeyd edək ki, 2021-ci il dekabrın 3-də Avstraliyanın Sidney şəhərində dövlət rəsmiləri və Azərbaycan diyasporasının rəhbərliyinin iştirakı ilə Türkiyənin Beynəlxaq Maarif Məktəbinin möhtəşəm təməlqoyma mərasimi keçirilib.

Azerforum.com xəbər verir ki, mərasimə Avstraliya-Azərbaycan Assosiyasiyası prezidenti Mikayil bəy Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyindən (GADTB) Sara xanım Azərsun da dəvət olunub və iştirak ediblər.

Təməlqoyma mərasimi Avstraliyanın Sidney şəhərində Beynəlxaq Maarif Məktəbinin  başqanı sayın Necmi Uzun, Türkiyənin Böyük Elçilisi sayın Korhan Karakoç, Türkiyənin Sidneydəki baş konsulu sayın Ali Sevimin təşkilatçılığı və iştirakı ilə keçirilib.

Mərasimə həmçinin çoxsaylı dövlət rəsmisi və millət vəkilləri, o cümlədən Avstraliyanın Yeni Cənubi Uels (NSW) Əyalət Parlamentinin millət vəkilləri Julia Finn və Linda voltz, Avstraliyanın kemiş Mühacirət Naziri, Yeni Cənubi Uels (NSW) əyaləti Liberal Partiyasının sədri cənab Philip Ruddock, Yeni Cənubi Uels (NSW) əyalət Parlamentinin millət vəkilləri Stive Kamper və Kristina Keneally, eləcə də Avstraliya Federal Dövlətindən digər rəsmilər iştirak ediblər.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …