Cümə axşamı , Noyabr 13 2025
azfa

Avstraliyada parlamentə SEPAH-ı terror təşkilatı kimi tanınmaq üçün qanun layihəsi təqdim edib

GADTB: Bu gün Avstraliyanın Baş prokuroru Mişel Rouland parlamentin Nümayəndələr Palatasına SEPAH-ın terror təşkilatı kimi tanınmasına icazə verən qanun layihəsini təqdim edib.

Qanun layihəsi Avstraliya Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin SEPAH-ın ölkə ərazisində ən azı iki antisemit hücumda iştirak etdiyini göstərən sübutlara cavab olaraq hazırlanıb.

Yeni qanun layihəsinə əsasən, hökumət xarici dövlət qurumlarını da rəsmi olaraq terror təşkilatları siyahısına daxil edə biləcək. Bu isə əvvəllər mövcud hüquqi çərçivə daxilində mümkün deyildi.

“Terrorçuluğa sponsorluq edən dövlətlərin fəaliyyətləri Avstraliya üçün xüsusi təhlükəsizlik riskləri və xarici siyasət baxımından mühüm narahatlıqlar yaradır. Bu səbəbdən belə halların qarşısını almaq üçün güclü hüquqi mexanizmlərə ehtiyac var”, – deyə, Rouland qeyd edib.

Həmçinin yoxlayın

“Traxtur” 2025-ci ilin İranın adlanan ərazidə ən yaxşı futbol komandası seçildi!

GADTB: Futbol Tarixi və Statistikaları üzrə Beynəlxalq Federasiya (IFFHS) 2025-ci il üçün dünyanın ən güclü …

Tikantəpənin Zərəşuran qızıl mədəninin işçiləri etiraz aksiyası keçiriblər

GADTB: Bu gün Tikantəpə (Təkab) şəhərində yerləşən Zərəşuran qızıl mədəninin bir qrup işçisi müəssisənin inzibati …