Bazar , Oktyabr 18 2026
azfa

Avstraliyada Türkiyə Assosiasiyası ilə Avstraliya Azərbaycan Assosiasiyasının təşəbbüsü ilə 23 Aprel uşaqlar bayramı festivalı keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türkiyə Assosiasiyası ilə Avstraliya Azərbaycan Assosiasiyasının təşəbbüsü ilə 23 Aprel uşaqlar bayramı festivalı keçirilib.

Tədbirin keçirilməsində Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta və GADTB Qadın və İnsan HaqlarıHa Departamentinin sədri sayın Sima xanım Azərsunun böyük rolu olub.

Festivalda Sidneyin Bələdiyyə başqanı və onun yardımcısı Türkiyə baş konsülü və Yeni Güney Uelz (NSW) əyalətinin Multikultural naziri məsləhətçisi, eləcə də millət vəkilləri iştirak ediblər.

Tədbirdən şəkil və videoları təqdim edirik:

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …