Ayətullahların ilk qurbanı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ayətullahların ilk xarabaya çevirdiyi ölkələr arasında ilkinin İran olduğu bildirilir.

Britaniyalı parlamentari Ted Toqendat SEPAH-ın terror təşkilatı kimi tanınması ilə bağlı ölkənin baş naziri postuna namizəd Rişi Sonakın təklifinə toxunaraq bildirib: “İran hökuməti homoseksualları, qadınları və müxalifləri öldürür. Ayətullahların ilk qurbanı da İrandakı əhalidir”.

“Suriyada yüz minlərlə insanın öldürülməsi İran rejiminin iyrənc olmasına dəlalət edir və SEPAH mollaların cəlladı sayılır”,- deyə o əlavə edib.

Qeyd edək ki, Orta Şərdə qapılarını İran mollalarına açan bütün ölkələr xarabalığa çevrilib. Bunun bariz nümunəsi Suriya, İraq, Yəmən və Livandır.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …