Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Ayaz Seyfxahın həbsxanada eşitmə vəziyyəti ağırlaşıb, müalicə üçün xəstəxanaya göndərilmir

GADTB: Azərbaycan Milli Hərəkatının fəalı və siyasi məhbus, Evin həbsxanasında saxlanılan Ayaz Seyfxahın 12 günlük müharibə zamanı sol qulağından ciddi xəsarət alıb. Məlumatlara görə, hazırda onun sol qulağı ilə eşitməsi tamamilə dayanıb.

Bildirilir ki, Ayaz Seyfxahının sol qulaq pərdəsi Evin həbsxanasına raket hücumu zamanı zədələnib. Həbsxana həkimləri müayinə etdikdən sonra onun həbsxanadan kənarda yerləşən xəstəxanada müalicəyə ehtiyacı olduğunu bildirərək xəstəxanaya göndərilməsi üçün müraciət ediblər. Lakin həbsxana rəhbərliyi büdcə çatışmazlığını əsas gətirərək onun xəstəxanaya aparılmasına mane olur.

Ayaz Seyfxahın 2024-cü ilin fevralında ədalətli məhkəmə araşdırmasının əsas prinsiplərinə əməl edilmədən həbs edilib. O, 2024-cü ilin oktyabrında Tehranın İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən, hakim Əbülqasım Səlavati sədrliyi ilə, 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sözügedən hökm apellyasiya məhkəməsində də təsdiqlənib.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …