Şənbə , İyun 27 2026
azfa

Aylar mübarizədən sonra azərbaycanlı ailə övladlarına Alparslan adına doğum şəhadətnaməsi ala bilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aylar mübarizədən sonra azərbaycanlı ailə övladlarına Alparslan adına doğum şəhadətnaməsi ala bilib.

5 ay məhkəmə prosesləri və məhkəmə çəkişmələrindən sonra Urmiyadan ölan körpəyə türkcə Alparslan adına şəhadətnamə almaq mümkün olub.

Alparslanın atası Salar Babapurun “Balamın Adı” kampaniyasına bildirdiyinə görə, Urmiya Şəhər Məhkəməsinin 11-ci şöbəsinin verdiyi qərarda körpəyə nəzərdə tutulan ad ilə doğum haqqında şəhadətnamə verilməsi məqbul hesab edilib.

Alparslan 2024-cü il sentyabrın 1-da dünyaya gəlib və valideynləri onun üçün Alparslan adını seçiblər. Lakin Urmiyada rejimin Vətəndaşlıq Aktlarının Qeydiyyatı İdarəsinin rəsmiləri bu ada şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edərək, bu adın Vətəndaşlıq Aktlarının Qeydiyyatı İdarəsi tərəfindən təsdiqlənmiş adlar arasında olmadığını və “ad sistemi”ndə mövcud olmadığını əsas gətiriblər.

Qeyd edək ki, idarənin bu iddiası yanlışdır, çünki daha əvvəl bu ada doğum haqqında şəhadətnamə verilmə halları baş verib. Məsələn, 2022-ci ildə təbrizli Mustafa Avadpurun ailəsi 27 ay davam edən hüquqi mübahisələrdən sonra, 2023-cü ildə isə təbrizli Əhməd Ağayinin ailəsi 7 aylıq mübarizədən sonra bu ada doğum haqqında şəhadətnamə ala biliblər.

İrqçi fars molla rejimi bu yolla Azərbaycan türklərinə nə yolla olursa olsun öz dillərində ad qoymağa mane olmaq istəyirlər.

Həmçinin yoxlayın

ABŞ İranın raket və dron anbarlarına, həmçinin sahil radar obyektlərinə zərbələr endirib

GADTB: İranın  iyunun 25-də Oman sahilləri boyunca Hörmüz boğazını tərk edən Sinqapur bayrağı altında üzən …

“Əli Əmanzadə” barədə hökm çıxarıldı: Elektron qandalla həbs cəzası

GADTB: Şərqi Azərbaycan əyalətinin cinayət məhkəməsi Təbriz sakini Əli Əmanzadə ilə bağlı iş üzrə qərarını …