
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycana qarşı ayrıseçkilik nəticəsinə hələ də çox sayda konteyner məktəblər mövcuddur.
“Mehr News” xəbər verir ki, dünən Marağanın kəndlərindən birində güclü qasırğa nəticəsində konteyner məktəb aşıb və tamamilə yararsız hala düşüb.
Marağa şəhər Təhsil İdarəsinin müdiri Hüseyn Əkbərian bu haqda bildirib ki, saat 12:40 radələrində həmin konteyner kənd məktəbinin aşması nəticəsində üç şagird xəstəxanaya yerləşdirilib, iki şagird isə müəllimlə birlikdə ambulator müalicədən sonra evə buraxılıb.
Qeyd edək ki, kəskin qasırğa Marağanın bir sıra kəndlərində evlərə də ciddi ziyan vurub.