Bazar ertəsi , İyun 17 2024
azfa

Azərbaycan ərazisinə köçmüş kürdlər azərbaycanlıların Azərbaycan türkcəsində danışmasına etiraz etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan ərazisinə çökmüş mühacir kürdlər Urmiya Şəhər Şurasında azərbaycanlıların Azərbaycan türkcəsində danışmasına etiraz ediblər.

Kürd terror təşkilatının tərəfdarı olan və Azərbaycan ərazisinə koçmüş Sadiq Təvəkkülimehr Urmiya Şəhər Şurasında Azərbaycan türklərinə nankorluq edərək onların öz dillərində danışmasına etiraz edib.

Urmiya Şəhər Şurasının sözçüsü Tumac Vəhid Əfşarın kürdlər tərəfindən işlədilən “Maksim” taksi şirkətinin elanlarında Urmiya adının təhrif olunması və İraqın şimalındakı Dehuk şəhərinin universitetinin girişinə Azərbaycan ərazilərinin “Böyük Kürdüstan” xəritəsinin daxil edilməsinə etiraz etiraz etdikdən sonra gəlmə kürd Sadiq Təvəkkülimehr Şura üzvlərinin Azərbaycan türkcəsində danışmasına etiraz edib.

Lakin şura üzvləri bildiriblər ki, Urmiyada əhalinin 90 faizi öz dilində yəni Azərbaycan türkcəsində danışaq istəyiblər. Bu isə gəlmə kürdlərin xoşuna gəlməyib və etirazlarına davam ediblər.

Urmiya Şəhər Şurasının üzvləri Mürtəza Bəhram və Əli Mustafazadənin türkcə çıxış etdiklərinə görə şuranın kürd üzvləri Sasan İbrahimzadə və Sadiq Təvəkkülimehr nümayişkaranə şəkildə toplantını tərk etdilər.

Qeyd edək ki, Urmiya Şəhər Şurasının 11 üzvü var və onlardan yalnız 3-nün kürd olmasına baxmayaraq toplantılarda çıxışların türk dilində olmasına etiraz edirlər. Halbuki, Urmiyada əhalinin danışıq dili türk dilidir və gəlmə kürdlər, o cümlədən də Sasan İbrahimzadə və Sadiq Təvəkkülimehr də Azərbaycan türkcəsində sərbəst danışırlar. Lakin onlar gəldikləri ərazinin əhalisinə nankorluq edərək Azərbaycan və onun əhalisinin dili ilə düşmənçilik edirlər.

Kürd terror təşkilatlarının tərəfdarı olan Sadiq Təvəkkülimehr dəfələrlə Urmiyanın türk dilində olan məhəllə adlarının dəyişdirilməsini tələb etmişdir.

Həmçinin yoxlayın

Səyyad Məhəmmədian girov qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qoşaçaydan olan Azərbaycan milli hərəkatının tanınmış fəalı Səyyad …

Molla rejimi həbs etdiyi azərbaycanlı vəkil hələ də zindanın karantin bölməsində həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları Tehrandakı Evin zindanında həbsdə …