Bazar ertəsi , Yanvar 17 2022
azfa

Azərbaycan erməni terrorçunun azad edilməsini qınadı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Xarici İşlər Nazirliyi Los-Anceles dairəsinin Ali Məhkəməsində erməni terrorçu Hampiq Sasunyanın azad edilməsinə yol açan qərarın qəbul edilməsini qınayıb.

Bu barədə XİN-in Tvitter hesabında məlumat paylaşılıb.

“Türk diplomatı qətlə yetirmiş və islah olunmamış terrorçu H.Sasunyanın azad edilməsi çox səhv siqnal verəcək və xüsusilə dünyanın ən böyük diplomatik korpuslarından birinə sahib bir dövlətdə diplomatiyanın maraqlarına zərər verəcək”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, daha əvvəl Türkiyə XİN Los-Anceles dairəsinin Ali Məhkəməsində erməni terrorçu Hampiq Sasunyanın azad edilməsinə yol açan qərarın qəbul edilməsini şiddətlə qınayıb.

Həmçinin yoxlayın

İranın qərbində 50-dən çox şəhərdə davamlı partlayış səsləri; İsrailmi hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yanvarın 15-i, şənbə günü axşam saatlarında İranın qərb …

Türkiyənin Mosuldakı hərbi bazası raket atəşinə tutuldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqın Mosul şəhərinin şimal-şərqindəki Zlikandakı türk hərbi bazası …