Çərşənbə , Aprel 30 2025
azfa

Azərbaycan Ermənistanın məsuliyyətə cəlb edilməsini istəyir

GADTB: Rəsmi Bakı beynəlxalq ictimaiyyəti Azərbaycanın minatəmizləmə səylərinə dəstək verməyə və Ermənistanı beynəlxalq humanitar hüququ pozduğuna görə məsuliyyətə cəlb etməyə çağırır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib.

Bildirilib ki, 4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Azərbaycanın azad edilmiş ərazilərində minaların yaratdığı ciddi təhlükəyə nəzər salmaq vacibdir:

“Ermənistanın onilliklər boyu davam edən işğalı nəticəsində 2020-ci ildən bəri 388 Azərbaycan vətəndaşı mina qurbanı olub. Azad edilmiş əraziləri çirkləndirən minalar mülki şəxslərin həyatını təhlükə altında saxlamaqda davam edir, keçmiş məcburi köçkünlərin geri qayıtmasına maneə törədir və yenidənqurma işlərini əngəlləyir”.

Məlumatda vurğulanıb ki, mina fəaliyyəti gözləyə bilməz:

“Azərbaycan öz xalqı üçün minalardan azad, təhlükəsiz və firavan gələcəyi təmin etmək üçün öhdəliyinə sadiq qalır və qətiyyətlidir”.

Həmçinin yoxlayın

Azərbaycan hərbçiləri Türkiyədə təlimlərdə iştirak etdi

GADTB: Türkiyənin Marmaris şəhərində keçirilmiş KURTARAN-2025 sualtı axtarış və xilasetmə təlimlərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin …

Pezeşkianın Bakıya səfərindən öncə İran Azərbaycana qarşı tədbir keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkianın Bakıya səfərindən öncə aprelin 24-də İranın Qum …