Şənbə , İyun 6 2026
azfa

Azərbaycan fəalların həbsi artır: saxlanılanların sayı 370 nəfərə çatıb

GADTB: Güney Azərbaycanda təhlükəsizlik mühitinin daha da sərtləşdiyi bir vaxtda, Azərbaycan vilayətlərində fəalların və vətəndaşların yeni həbsləri barədə məlumatlar yayılıb.

Məlumata görə, son günlər təkcə Ərdəbil və Həmədan vilayətlərində azı 21 nəfər saxlanılıb. Parsabad bölgəsi polis idarəsi 3 nəfərin “sosial şəbəkələrdə fəaliyyət”, “rejim əleyhinə təbliğat” və “xarici mediaya foto-video material göndərmək” ittihamları ilə həbs olunduğunu açıqlayıb.

Bununla yanaşı, Sepah-ın Həmədan vilayətindəki qurumu daha 18 nəfərin saxlanıldığını bildirib. Həmin şəxslərə qarşı “monarxiya tərəfdarı qruplarla əlaqə”, “İsraillə əməkdaşlıq” və “xarici media orqanları ilə əlaqə” kimi ittihamlar irəli sürülüb.

Lakin saxlanılan şəxslərin kimliyi, harada saxlanıldıqları, ailələri və vəkillərlə görüş imkanlarının olub-olmaması barədə ətraflı məlumat açıqlanmayıb.

Həmçinin yoxlayın

Azərbaycanlı vəkil Məhəmməd Təriqətə qarşı yeni ittiham aktı hazırlandı

GADTB: Üskü şəhərinin Ümumi və İnqilab Prokurorluğunun prokurorluq şöbəsi vəkil və Vəkillər Kollegiyasının üzvü Məhəmməd …

MEDIA CNN-dən Azərbaycandan üzr istəməyi tələb edir

GADTB: Azərbaycan Media İnkişaf Agentliyi (MEDIA) CNN telekanalından Azərbaycanın guya İsrailin İrana qarşı hərbi əməliyyatlarında …