Şənbə , Fevral 15 2025
azfa

Azərbaycan Fransanın təxribatı üçün beştərəfli görüşdən imtina edib

GADTB: Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-də planlaşdırılan beştərəfli görüşdən imtina etdiyini bildirib.

Azerbaycan diplomatın menbelerinin melumatına göre, Prezident İlham Əliyev Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya getməkdən imtina edib.

Bildirilib ki, buna səbəb nəzərdə tutulan beştərəfli görüşdə iştirakçı olan Fransanın destruktiv mövqe tutması, eləcə də Paris və Berlinin Türkiyenin görüşdə iştirak etməsi ilə bağlı fikir ayrılığıdır. Belə bir şəraitdə Azərbaycan tərəfi danışıqlar aparmaqdan imtina edib.

Rəsmi Bakı regiondan uzaq ölkələrlə regionun problemlərini müzakirə etməyə lüzum görmür. Bakı hesab edir ki, bu məsələlər regional çərçivədə müzakirə və həll edilə bilər.

Bununla belə, əvvəlki Aİ-Azərbaycan-Ermənistan üçlü formatı gündəmə gələrsə, Azərbaycan görüşdə iştirak edə bilər.

Fransanın iştirak etdiyi heç bir format Azərbaycan üçün məqbul deyil, Bakı belə platformada iştirak etməyəcək.

Qeyd edək ki, oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin sammiti keçiriləcək.

Beştərəfli görüş sammit çərçivəsində baş tutmalı idi.

Həmçinin yoxlayın

Traxtur klubunun Sahibi İranda rasizm kəskin tənqid etdi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın irqçi dairələri və fars irqçilərinə xitabən müsahibə …

Təbrizdə şirniyyat daşıyan sürücülər tətil keçiriblər-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbriz şəhərində “Şirin Əsəl” Qida Sənaye Qrupunun …