Çərşənbə , Mart 11 2026
azfa

Azərbaycan hərbçiləri Türkiyədə təlimlərdə iştirak etdi

GADTB: Türkiyənin Marmaris şəhərində keçirilmiş KURTARAN-2025 sualtı axtarış və xilasetmə təlimlərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusu müşahidəçi qismində iştirak edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat yayıb.

Qeyd olunub ki, təlimin planına əsasən, qəzaya uğramış sualtı qayığın axtarış-xilasetmə gəmiləri tərəfindən xüsusi texnika və robotların köməyi ilə axtarışı, xilasedici dalğıclar vasitəsilə batan heyətə qida və tibbi ləvazimatın ötürülməsi, onların xüsusi avadanlıqlarla xilas edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Təlim zamanı helikopter və təyyarələrdən də istifadə olunmaqla axtarış-xilasetmə tədbirləri yerinə yetirilib. Belə ki, hava vasitələrindən dənizə paraşüt tullanışları icra edilib, qəzaya uğramış gəminin su üzərində köməyə ehtiyacı olan heyətinə lazımi ləvazimatların atılması və zərərçəkənlərin təxliyəsi üzrə fəaliyyətlər həyata keçirilib.

KURTARAN-2025 sualtı axtarış və xilasetmə təlimlərində hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər.

Həmçinin yoxlayın

Təbriz və Cənubi Azərbaycanın digər şəhərlərində bir neçə hökumət mərkəzi hədəfə alınıb

GADTB: Yerli mənbələrin məlumatına görə, bu gün günorta saatlarında Təbriz şəhərində həyata keçirilən hücumlar zamanı …

Heqset: ABŞ İran tam məğlub edilənə qədər geri çəkilməyəcək

GADTB: ABŞ İran tam məğlub edilənə qədər geri çəkilməyəcək. Bu barədə ABŞ-ın müharibə naziri Pit …