Şənbə , May 24 2025
azfa

Azərbaycan İnsan Haqları Cəmiyyətindən azərbaycanlı siyasi məhbusların müalicəsi ilə bağlı kampaniya

 GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan İnsan Haqları Cəmiyyəti (ARK) azərbaycanlı siyasi məhbusların müalicəsi ilə bağlı kampaniya keçirir. Cəmiyyət İran rejiminin dözülməz şəraitdə olan zindanlarında xəstəliklərə düçar olan azərbaycanlı siyasi məhbusların dərhal müalicəsinə çağırır.

Bildirilir ki, tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisani mədəni fəaliyyətlərinə görə İran rejimi tərəfindən 15 il həbsə məhkum edilib və hazırda kəskin bel və diz ağrılarından yol yerimək və hərəkət etməkdə çətinlik çəkir. Zindanda isə onun müalicəsi üçün heç bir şərait yoxdur.

Əlirza Fərşi də yanvar ayında zindanda rejimin məmurları tərəfindən döyüldüyü üçün boyun və sol göz nahiyəsindən zədə alıb. Bildirilir ki, azərbaycanlı siyasi məhbus müalicə olunmasa görmə qabiliyyətini itirə bilər.  Rejim isə fəalın müalicəsi üçün ona məzuniyyət vermir.

Azərbaycan İnsan Haqları Cəmiyyəti (ARK) BMT-də İran üzrə İnsan Haqlarə məruzəçisinə məktubla müraciət edərək Abbas Lisani və Əlirza Fərşinin müalicəsi üçün məzuniyyətə göndərilməsi tələb olulub. Bununla əlaqədar imza kampaniyası da təşkil olunub.

İmza kampaniyasının linki:

https://www.ipetitions.com/petition/MEDICALCAREFORAZERBAIJANIPRISONERSINIRAN

Həmçinin yoxlayın

Xəzərin səviyyəsinin düşməsində Volqa çayı faktoru: Rusiya Qazaxıstanın çağırışlarına cavab verməlidir

GADTB: Xəzər dənizinin səviyyəsinin kəskin şəkildə düşməsi bütün dünyada olduğu kimi, Qazaxıstanda da haqlı olaraq …

Güney Azərbaycan və İranda yük avtomobilləri sahibləri 2 gündür etiraz tətilinə keçiblər

GADTB: Güney Azərbaycanın və İranın müxtəlif şəhərlərində başlayan etiraz tətillərinə qoşulan sahibkarların sayı artır. 25 …