Çərşənbə , Avqust 12 2026
azfa

Azərbaycan İsrail dronlarının İrana hücum üçün Bakıya gətirilməsini təkzib etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib ki, İsrail dronlarının İraq və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur.

“Təəssüflə qeyd etmək istərdik ki, bəzi xarici media resurslarında İsrail dronlarının İraq və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı tamamilə əsassız məlumatlar tirajlanmağa davam edir. Biz bu məlumatı qətiyyətlə rədd edirik, bu məlumatların heç bir əsası yoxdur və dezinformasiya məqsədi daşıyır”, – deyə o qeyd edib.

Həmçinin yoxlayın

ABŞ və İranın 60 günlük atəşkəsin uzadılmasına razılaşdığı bildirilir

GADTB: Bu gün ABŞ və İranın 60 günlük atəşkəsin uzadılması barədə razılığa gəldiyi bildirilib. Bununla …

Molla rejimi azərbaycanlı fəal Milad Balsini məhkəməyə çağırdı

GADTB: Azərbaycanlı fəal «Milad Balsini»yə qarşı təzyiqlər davam edir. O, 18 mordad 1405-ci il tarixində …

Bir cavab yazın