Cümə axşamı , Aprel 30 2026
azfa

Azərbaycan “JF-17 Thunder” müasir qırıcıları alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Pakistandan “JF-17 Thunder” qırıcılarının satın alınmasına maraq göstərib.

Bu barədə Pakistan KİV-i məlumat yayıb.

Məlumata əsasən, Azərbaycanın Pakistandakı səfirliyinin hərbi attaşesi, polkovnik Mehman Novruzov yerli mətbuata açıqlamasında ölkənin bu qırıcılara marağını təsdiq edib.

Onun sözlərinə görə, Azərbaycan “JF-17 Block 3” modifikasiyalı qırıcını əldə etmək niyyətindədir.

Qeyd edək ki, “JF-17 Block 3” ilk uçuşunu 2019-cu ilin dekabrında həyata keçirib. Bu model pilot kabinəsinin modernləşdirilmiş elektron avadanlıqlarına və radiolokasiya sisteminə malikdir.

Həmçinin yoxlayın

İran mətbuat azadlığına dünyada sondan üçüncüdür

GADTB: “Sərhədsiz Reportyerlər” təşkilatının məlumatına görə, 2026-cı ildə İran mətbuat azadlığı baxımından dünyanın ən pis …

BMT İranda edamların dayandırılmasına çağırıb

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi Mai Sato ölkə hakimiyyətini edamların dayandırılmasına çağırıb. O bildirib …