GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Hərəkatının fəalları dünən Azərbaycan Milli Hökumətinin yaranmasının ildönümü ərəfəsində Təbriz şəhərində Mircəfər Pişəvərinin plakatını çap edib divarlara yapışdırıb və ya paylayıblar.
Posterlərin üzərində aşağıdakı mətn yazılıb “Azərbaycanın Demokrat Firqəsinin vəzifəsi Azərbaycanın milli azadlığıdır – Cəfər Pişəvəri”.
Azərbaycan türkləri Mircəfər Pişəvərinin başçılığı ilə 21 Azərdə Güney Azərbaycanda öz milli hakimiyyətlərini qurdular. Lakin dünya imperializminin köməyi ilə irqçi fars rejimi yenidən Güney Azərbaycanı işğal edib, burada dəhşətli soyqırım törətdi.